Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun qardaşı AMEA-da yüksək vəzifəyə təyin olundu

Texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın İşlər idarəsinin yeni müdiri təyin olunub...

AMEA-dan APA-ya verilən xəbərə görə, yanvarın 17-də E. Məmmədov AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada çoxşaxəli islahatlara start verilib. Ötən ilin sonunda akademiyanın Ümumi yığıncağının keçirilməsi, elmin mövcud vəziyyətinin obyektiv olaraq qiymətləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, intellektual əmək resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində kompleks tədbirlər bu islahatların bariz nümunəsidir. Əminağa Sadıqov bildirib ki, bu tədbirlərin mühüm istiqamətlərindən birini elmin maddi-texniki bazasının gücləndirilməsi, elmi fəaliyyət sahəsində çalışan əməkdaşların sosial təminatının yaxşılaşdırılması kimi məsələlər təşkil edir ki, bu vəzifələrin də icrası bilavasitə İşlər idarəsinin fəaliyyət dairəsinə aiddir. Professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirən AMEA-nın akademik-katibi onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, E. Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Ən çox oxunanalar