Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"

Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir...

Azərbaycan-Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından deputatı Nikolas Löbel bildirib.

O qeyd edib ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir.

Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini də bildirib:

“Heç şübhəsiz ki, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərtilə. Bu mənada biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona yetsin, Qafqazda sülh bərqərar olsun”, - deyə, deputat vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar