Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı DİN-in Polis Akademiyasında anım mərasimi keçirilib - Foto

DİN-in Polis Akademiyasında anım mərasimi keçirilib...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı DİN-in Polis Akademiyasında anım mərasimi keçirilib. Əvvəlcə qonaqlar və akademiyanın əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Polis Akademiyasında ucaldılmış abidəsi önünə əklil qoyublar.

Musavat.com-un xəbərinə görə, mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb.

Dövlət himni səsləndikdən sonra tədbiri açan rəis, polis general-mayoru Nazim Əliyev ulu öndərin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu, onun ali hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu, insan hüquq və azadlıqlarının təminində normativ-hüquqi bazanın yaradıldığını, konstitusiyamızın məhz onun rəhbərliyi ilə hazırlandığını, cinayətkarlığın qarşısının alınması istiqamətində mühüm nəticələr əldə edildiyini qeyd edib.

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ulu öndərin Azərbaycan tarixinin öyrənilməsindəki əvəzsiz xidmətlərindən danışaraq onun dilimizin qorunması üçün də atdığı addımları, dövlətçiliyimizin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını hələ sovetlər dönəmində yaratdığını, məhz onun rəhbərliyi ilə xalqımızın öz həqiqi dövlət müstəqilliyinə qovuşduğunu xüsusi vurğulayıb.

DİN Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov ulu öndərin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin ordu quruculuğumuza mühüm töhfə olduğunu deyərək, bugünkü Silahlı Qüvvələrimizin regionun ən güclü ordusu kimi formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb.

Yeni Azərbaycan Partiyası Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov və digər çıxış edənlər ümummilli lideirimizin siyasi fəaliyyətinin, onun Azərbaycanın inkişafına yönəlmiş ideyalarının bu gün möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirildiyini, ölkəmizin dünya dövlətləri sırasında öz layiqli yerini tutduğunu diqqətə çatdırıbar.

Sonra ulu öndərə həsr olunmuş sənədli film nümayiş olunub.

pia.az

 

 

Fotolar




Etiket: Heydər Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar