Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb – "Azərişıq"

Bu barədə “Azərişıq” ASC-nin açıqlamasında bildirilir...

Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb.

Bu barədə “Azərişıq” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb.

Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu operativ surətdə aradan qaldırılıb.

Qurumun texniki departamentinin əməkdaşları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar. Belə ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir. Bu məqsədlə “Zabrat” yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir, bu ayın sonuna işlər yekunlaşacaq.

“Abunəçilər yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”, – “Azərişıq” bəyan edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar