Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Prezidentin ayırdığı 1 milyonu “Vaqif”in əli ilə necə xərcləyir...

Prezident Adminstrasiyası Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin məsul şəxsləri Beyləqana səfər edərək rayonda aparılan quruculuq işləri ilə tanış olublar...

Adminstrasiyanın məsul şəxsləri həyata keçirilən işləri gördükdə təəccübləniblər. Belə ki, Prezident İlham Əliyevin Beyləqana son səfərində rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırıb. Həmin vəsait xərclənməsi üzrə keçirilən tenderdə isə qalib rayon icra başçısı Asif Ağayevin yaxın adamı olan Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” firması oldu. Bu barədə bir müddət əvvəl ölkə mətbuatında məlumat dərc edilmişdi. Həmin məlumatda vurğulanır ki, haqqında hər hansı bir məlumat olmayan firma ilə Beyləqan Rayon İcra Hakimiyyəti arasında 1 milyon manatlıq müqavilə bağlanılıb. “Vaqif” firması ilə bağlı yazılanlara cavab olaraq isə Beyləqan İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd edilirdi ki, adı çəkilən firma 20 ilə yaxındır səhiyyə və təhsil sahəsində davamlı olaraq fəaliyyət göstərir.

Ayrılan 1 milyon vəsaitin necə xərclənməsi ilə bağlı Beyləqandan Pravda.az-a daxil olan məlumatda qeyd edilir ki, “Vaqif” firmasının rayonda apardığı abadlıq quruculuq işləri həddindən artıq bərbad halda olub. Asif Ağayevin kanalın kənarında salmaq istədiyi parkın ərazisinə qoyulan asfalt örtüyündən tutmuş, yerə döşənən tametlərə qədər bütün işlər bərbad vəziyyətdədir. Məlumatda vurğulanır ki, Adminstrasiyadan gələn yoxlama icra hakimiyyətinin başçısı Asif Ağayevə xəbərdarlıq ediblər ki, yaxın vaxtlarda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev görülən işlərlə tanış olmaq və ayrılan vəsaitin necə xərcləndiyini yerində müşahidə etmək üçün rayona səfər edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar