Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kritik Ərdoğan-Tramp görüşü: Strateji məsələlərdə anlaşma saxlamaq mümkün olacaq?

Strateji məslələrdə anlaşma saxlamaq mümkün olmazsa, Türkiyə və ABŞ-ın ayrı-ayrı qütblərə çevrilməsi mümkündürmü?..

Politoloq: “Tramp-Ərdoğan görüşü bir çox məsələlərə aydınlıq gətirməlidir”.

ABŞ-ın cari adminstrasiyası çalışır ki, Türkiyə ilə münasibətləri saxlasın. Çünki onlar anlayırlar ki, Türkiyə ABŞ üçün strateji müttəfiqdir və bu strateji müttəfiqliyi əldən buraxmaq istəmir”.

Bu sözləri politoloq İlqar Vəlizadə bu gün baş tutacaq Tramp-Ərdoğan görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri bəzi müşahidəçilər tərəfindən bir sıra siyasi məsələlərdə fikir ayrılıqlarına görə gərgin münasibətlərin bərpası üçün bir imkan kimi qiymətləndirilir.

Türkiyənin Suriya kürdlərinin YPG qrupuna qarşı hərbi əməliyyatlarının zirvə görüşünün əsas diqqət mərkəzində olacağı gözlənilir. Ankara YPG döyüşçülərini terrorçular hesab edir, lakin qrup ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində mühüm müttəfiqlərdən biridir.

ABŞ Konqresi kürdlərə qarşı hərbi əməliyyatlarına görə Türkiyəyə qarşı geniş sanksiyaların tətbiq edilə biləcəyi ilə hədələyir. Bu sanksiyaların bəzisi Ərdoğanın özünü hədəf alır.

Bununla belə, Ərdoğan Vaşinqton və Moskva ilə kürdlərə qarşı hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaların risk altında olduğu ilə bağlı xəbərdarlıq edir. Türkiyə lideri kürd birləşmələrini Türkiyə sərhədindən geri çəkilməməkdə günahlandırır.

Hər iki ölkənin strateji əməkdaşlığı baxımından bu görüşü necə dəyərləndirmək olar? Ümumi olaraq strateji məslələrdə anlaşma saxlamaq mümkün olmazsa, Türkiyə və ABŞ-ın ayrı-ayrı qütblərə çevrilməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “ABŞ regionda Türkiyəni də tamamilə itirsə, bu zaman ABŞ-ın regionda İsraildən başqa təsirili müttəfiqi qalmayacaq”.

Əgər ABŞ-la Türkiyə razılığa gəlməsələr, Türkiyə ABŞ-ın rəqibləri olan Rusiyaİranla daha sıx münasibətlər quracağını proqnoz edən politoloq əlavə edib ki, bu da ABŞ tərəfindən Türkiyənin incidilməsi deməkdir və əslində ABŞ-ın məğlubiyyəti olacaq. Çünki Türkiyə kimi müttəfiqini itirmək ABŞ-ın məğlubiyyəti olacaq:

“Düşünürəm ki, bu görüş bir çox məsələlərə aydınlıq gətirməlidir. Məlumdur ki, son həftələrdə tərəflər arasında kifayət qədər böyük zidiyyətlər yaşanıb. Bu zidiyyətlərin kluminasiyası da o oldu ki, ABŞ Konqresi “qondarma erməni” soyqırımı haqqında qətnamə qəbul etdi. Bu əlbəttə ki, Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vurdu. Amma Tramp administrasiyası bu qətnamənin əleyhinə çıxış edib. Bu da önəmli haldır. Tramp administrasiyasının açıq çıxışından sonra prezidentlərin görüşünə razılıq verildi. Yəqin ki, bu çıxış olmasaydı Ərdoğan Vaşinqtona heç getməzdi.

Bu da onu göstərir ki, ABŞ-ın cari adminstrasiyası çalışır ki, Türkiyə ilə münasibətləri saxlasın. Çünki onlar anlayırlar ki, Türkiyə ABŞ üçün strateji müttəfiqdir və bu strateji müttəfiqliyi əldən buraxmaq istəmir.

Əsl məsələ budur ki, ABŞ prezidenti “qondarma erməni” soyqırımı haqqında qəbul edilən qətnaməyə veto qoyacaq ya yox. Əgər Tramp bu qətnaməyə veto qoysa, əlbəttə ki, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasından söhbət gedə bilər. Əksinə olaraq bununla bağlı razılıq əldə olunmasa, ikitərəfli münasibətlərdə müəyyən nisbi tarazlıq yaranacaq. Bu da regiondakı proseslərə təsir edəcək.

İlqar Vəlizadə: “Əgər ABŞ-la Türkiyə razılığa gəlməsələr, Türkiyə ABŞ-ın rəqibləri, Rusiyaİranla daha sıx münasibətlər quracaq”.

Hal-hazırda ABŞ-Türkiyə münasibətlərdə ziddiyyətli dönəm yaşayır. Amma hər iki tərəf də münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu ortaya qoyublar. Tərəflər götür-qoy edəcəklər ki, hansı tərəfdən meyarlara yanaşsınlar ki, münasibətlər yaxşılaşsın.

Əgər ABŞ-la Türkiyə razılığa gəlməsələr, Türkiyə ABŞ-ın rəqibləri, Rusiyaİranla daha sıx münasibətlər quracaq. Bu da ABŞ tərəfindən Türkiyənin incidilməsi deməkdir və əslində regionda ABŞ-ın məğlubiyyəti olacaq. Çünki Türkiyə kimi müttəfiqini itirmək ABŞ-ın birmənalı məğlubiyyəti kimi dəyərləndiriləcək.

ABŞ regionda Türkiyəni də tamamilə itirsə, bu zaman ABŞ-ın regionda İsraildən başqa təsirili müttəfiqi qalmayacaq. Son illər ərzində ABŞ Misir kimi müttəfiqini itirib. İndi də Türkiyə kimi müttəfiqini itirməklə bütün siyasi işlərini İsraillə görə bilməz. Buna görə də ABŞ çalaşacaq ki, Türkiyə ilə tarazlığı bərpa edə bilsin”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar