Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədov: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

20 yanvarla bağlı daha bir sirri açıldı...

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə xəbərdarlıq etmək üçün gəlmişdi. Mütəllibov yalan deyir, Primakov xəbərdarlıq üçün gəlməmişdi”.

Azpost.info bildirir ki, bu sözləri AMİP lideri Etibar Məmmədov “kanal13”-ə müsahibəsində sabiq sovet rəhbərinə Bakıda yubiley keçrilməsi ilə bağlı qalmaqalı şərh edərkən deyib.

E.Məmmədovun sözlərinə görə, Yevgeni Primakov həmin gərgin dövrdə Moskvaya Azərbaycan xalqını cəzalandırmağa şərait yaradan yalan məlumatları ötürüb: “Primakov rəsmən bizə də, mitinqdə çıxış edərkən xalqa da bəyan etdi ki, Bakıya heç bir qoşun yeridilməyəcək. Bakıya gətirlmiş qoşunlar isə guya buradan keçib Qarabağda yerləşmək üçün gedir. Bakıda da fövqalədə vəziyyət olmayacaq. Primakov da, Moskvadan gəlmiş digər rəhbərlər də bunu rəsmən bəyan etmişdilər. Məqsədi xalqı arxayın salmaq və ordunu qəfil yeritmək və cəza əməliyyatı keçirmək idi. Bunların da başında ən yüksək rütbəli insan Primakov idi. Sonradan da məlum oldu ki, qanlı qırğın üçün həlledici siyasi qərarın verilməsində Primakov rol oynayıb. Çünki əvvəl siyasi qərar gəlir, sonra hərbi qərar olur. Siyasi qərar da Primakovun rəyindən sonra qəbul olunmuşdu. Primakov Bakıdan Qorbaçovla danışıb demişdi ki, “qərar vermək vaxtıdır, gecikmək olmaz”. Bundan sonra elan olunmadan Bakıya ordu yeridildi”.

E.Məmmədovun sözlərinə görə, Müstəqil Azərbaycanda həmin qanlı qırğında əli qana batmış bir insana yubiley keçirmək utanc verən haldır. Burda da dövlət strukturları birbaşa məsuliyyət daşıyırlar: “Azərbaycanda SSRİ nostaljisi ilə yaşayanlar, Azərbaycanı Rusiyanın quberniyası kimi görmək istəyənlər var. Hakimiyyətdə təmsilçiləri də var”- deyə AMİP lideri bəyan edib.

E.Məmmədov həmçinin iqtidadrdakı son kadr dəyişikliklərini və islahatlarla bağlı mövqeyini açıqlayıb. Onun fikrincə, islahat yaxşı şeydir: “İstənilən dövlətdə durğunluqdan çıxmaq üçün islahat olmalıdır. Bu istər kadr siyasətində, istərsə də iqtisadi sahədə islahatlar ola bilər. Azərbaycanın da kadr islahatlarına, həmçinin hüquqi, iqtisadi islahatlara ehtiyacı var”.

AMİP liderinin sözlərinə görə, ən əsası mənəvi məsələlərdə islahatlara ehtiyac var: “Milli -mənəvi dəyərlərin aşınması prosesi gedir. Bunun qarşısı almaq üçün dövlətin proqramı olmalıdır. Primakovun yublieyi də bu dəyərlərin aşınmasını göstərir. İslahatlara ehtiyac var. İsİtənilən hərəkətlilik müsbət dəyişiklilərə gətirib çıxarır”.

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar