Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su... - Fotolar

Bərdə rayonunda 10 ildən çoxdur salınan yaşayış massivində sakinlər yol və içməli sudan əziyyət çəkirlər

PİA.az xəbər verir ki, rayonunun Güloğlular kəndi ərazisində Yeni Bakı küçəsində yol və içməli su problemi illərdir ki, davam edir. 

Onlar rayonun mərkəzinə yaxın ərazidə yaşasalar da, evlərinə çatmaları xeyli vaxt aparır. Buna səbəb isə küçə yollarının bərbad və çala-çuxurlu olmasıdır.

Yerli sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib.

Qəsəbə sakini Şamxal Adıgözəlov bildirir ki, bununla bağlı "Azərbaycan Avtomobil Yolları” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun rayonlarda keçirdiyi qəbulda iştirak edərək vəziyyəti sakinlər adından sədrə bildirib. S.Məmmədov yolun qısa zamanda düzələcəyinə söz versə də, keçirilən qəbuldan bir neçə ay keçməsinə baxmayaraq, yol hələ də düzəlməyib.

Sakinlər bir neçə dəfə şəxsi vəsaitləri hesabına yola çay daşı və çınqıl tökdürüb, problemi qısamüddətli həll edib. Amma az müddətdən sonra yol yenidən sıradan çıxıb.

500-ə yaxın ailənin yaşadığı küçədə yoldan başqa, içməli su da problemə çevrilib. Burada, ümumiyətlə, içməli su yoxdur. Onlar məişət ehtiyacları üçün quyu sularından istifadə edir. 

Vəziyyət yay aylarında xüsusilə daha da çətin olur. Onlar məsələ ilə bağlı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovla da görüşüblər. Cəmiyyət sədri problemin yaxın zamanlarda həll ediləcəyini bildirib. Yeni Bakı küçəsinin sakinləri vəziyyətin tezliklə öz həllini tapacağına ümidlidirlər. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar