Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədovun qudasının məktəbində ölüm olub

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən E.Sultanov adına 217 nömrəli orta məktəbdə xadimənin damdan düşərək öldüyü bildirilir...

PİA.az "Yeni Sabaha"a istinadən xəbər verir ki,bu barədə Meydan TV-yə məktəbdən adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Bildirib ki, qadının 50 yaşı var. Hadisənin intihar, yoxsa bədbəxt hadisə olduğu məlum deyil:

"Hazırda hadisə yerində hüquq -mühafizə orqanları işləyir. Heç kimə məlumat verilmir. Dərs vaxtıdır və şagirdlərə məktəbdən çölə çıxmamaq tapşırılıb. Bunu kimsənin hadisə yerindən şəkil çəkib yaymaması üçün edirlər. Əgər kimdənsə məlumat ötürüldüyünü bilsələr, məktəbdən xaric edəcəklər. Belə deyiblər”.

Bakı Şəhər Təhsil İdarəsi hadisə ilə bağlı bildirib ki, 30 oktyabr 2019-cu il tarixdə, təxminən saat 08:35 radələrində məktəbin xadiməsi Aybəniz İsa qızı Abdulrəhmanova öz vəzifəsini yerinə yetirərkən (pilləkəni süpürərkən) vəfat edib:

"Dərhal məktəbə təcili tibbi yardım çağırılıb. İlkin olaraq mərhumun ürək tutmasından (infarkt) vəfat etdiyi ehtimalı irəli sürülüb. Həmçinin Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. İstintaq işləri başa çatdıqdan sonra vəfat edən şəxs Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb”.

217 nömrəli orta məktəbin direktoru Bənövşə Cəfərova Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır. Mənbə bildirir ki, ailənin oğlu Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun qızı ilə evlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Ən çox oxunanalar