Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"BMW" ilə itkin düşən şəxsin meyiti tapıldı - Qayçı ilə boğazını kəsiblər

Bakıda itkin düşən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub...

Bu barədə Trend-ə qətlə yetirilən şəxsin qardaşı bildirib. Onun sözlərinə görə, hadisə Xəzər rayon prokurorluğu tərəfindən araşdırılır:

"Elvin iki nəfər şəxs tərəfindən qətlə yetirilib. Onun boğazını qayçı ilə kəsərək su quyusuna atıblar. Hazırda həmin şəxslər yaxalanıblar və Xəzər Rayon Prokurorluğunda araşdırmalar aparılır".

Xatırladaq ki, Həbibzadə Elvin oktyabrın 14-dən itkin düşüb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Həbibzadə stomatoloq olub.

pia.az


Etiket: qətl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar