Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mircəfər Bağırovun qara “ZiS-110” avtomobili ABŞ-a necə gedib çıxdı...

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti Zis-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb

PİA.az xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazır.

O dövrdə sovet rəhbərlərinin gəzdiyi “ZiS-110” (Stalin adına zavod) Böyük Vətən Müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 194-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib. Və həmin avtomobillərdən biri sonradan ABŞ-a gedib çıxıb.Texas ştatının Hyuston şəhərinə gedib çıxan “ZiS-110” avtomobilini 2016-cı ildə eBay-da 200 min dollara satıblar. Bu, Mircəfər Bağırovun avtomobili idi...

1947-ci ildə istehsal edilmiş qara “ZiS-110” Stalin tərəfindən Mircəfər Bağırova hədiyyə edilmişdi. Stalinin ölümündən sonra Mircəfər Bağırov da işdən çıxarılır, həbs olunur və 30-cu illərdə həyata keçirilən amansız repressiyalara görə güllələnir. Avtomobil isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarajında, küncdə atılıb qalır. 1968-ci ildə avtomobili Azərbaycan məmurlarından kiməsə bağışlayırlar.

1989-cu ildə ZiS yeni sahibinə çatır və o, 1998-ci ildə amerikalı avtomobil idxalçısı ilə tanış olur. Bir il sonra onlar anlaşırlar və nadir avtomobil ABŞ-a yola salınır. Orada uzun illər ərzində qarajda qalıb toz basır. 2016-cı ildə isə eBay-da satılır. Hazırda avtomobilin vəziyyəti ideal deyil, amma onu restavrasiya etmək və əvvəlki vəziyyətinə qaytarmaq mümkündür... (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar