Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Xanımımla restoranda işləyirəm", deyən və  daha sonra yalan söylədiyi ortaya çıxan Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin Türkiyədə şirkətiləri olduğu  ortaya çıxıb...

Zeynalovun restoran işlətməsi haqda açıqlaması cəmiyyətdə böyük marağa səbəb olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran işlətməsi haqda açıqlaması cəmiyyətdə böyük marağa səbəb olub.

Mia.az xatırladır ki, o, açıqlamasında Şamaxıda “Məlhəm” adlı restoranı işlətdiyini bildirərək, həıyat yoldaşı ilə özünün işin başında durduğunu bəyan edib: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımı atmasına səbəb kimi, imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Yeri gəlmişkən, dünən adıçəkilən “Məltəm" restoranından Mia.az-a zəng olunub. Bildirilib ki, bu restoranın Vidadi Zeynalova qətiyyən aidiyyatı yoxdur (Həmin məlumatla bu linkdən http://mia.az/w949797/.../ tanış ola bilərsiniz).

Diqqətçəkən məqam budur ki, “acından ölməli deyiləm ki" deyən Vidadi Zeynalovun Türkiyədə şirkətinin olduğu haqda ciddi sənəd yayılıb. Daha doğrusu, onun oğlu Prəviz Zeynalovla, hazırda “Rabitəbank"da filial müdiri olan kürəkəni Nəriman Muradov İstanbulda şərikli biznes sahibləri imiş...

Bu barədə açıqlama verən jurnalist Cavanşir Həsənli bildirib ki, V.Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə şərikli inşaat şirkəti var.

Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur.

Mia.az onu da bildirir ki, Vidadi Zeynalov həbsə girən ana qədər onun oğlu İqtisad Universitetində Həmkarlar Təşkilatının sədri olub. Onu həmin vaxtı vəzifəyə hazırda YAP Səbail rayon təşkilatınln sədri olan keçmiş rektor Şəmsəddin Hacıyev təyin etmişdi. Lakin atasına cəza verildikdən qısa müddət sonra yeni rektor Ədalət Muradov həm onunla, həm də Maliyyə kafedrasında ştatda olan Vidadi Zeynalovun özü ilə yolları rəsmən ayırıb...

pia.az


Etiket: Vidadi Zeynalov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar