Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi ilə sürücü arasında insident - Video

Qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb

PİA.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.

İsmayıl bəy Qutqaşenli və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü Əmirov Fərid Elman oğlu avtomaşına quraşdırılan əlavə səs siqnalından istifadə edib.

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla!" əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.

Sürücü səs siqnalının sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator çağırılıb.

Sürücü bu zaman da YPX əməkdaşlarına mane olmağa çalışıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Fərid Əmirov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Nəqliyyat vasitəsi isə cərimə meydançasına yerləşdirilib.

pia.az


Etiket: sürücü polis

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar