Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düzgün qidalanma 3,7 milyon həyatı xilas edər – ÜST

Səhiyyə xidmətləri hər bir insanın həyatının istənilən mərhələsində düzgün qidalanmını təmin etməyə güclü diqqət ayırmalıdır

Ümumdünya Səhiyyə Təşkilatı yeni açıqladığı hesabatında belə deyir.

Qidalanmaya düzgün investisiya 2025-ci ilədək 3,7 milyon həyatı xilas edə bilər.

Qurum bildirir ki, əsas səhiyyə paketlərinə sağlıqlı qidalanma komponentləri salınmalıdır. Ancaq ölkələr milli səhiyyə siyasətləri, strategiya və planlarına hansı şəkildə müdaxilə olunmasına qərar verməlidirlər.

Əsas müdaxilələr kimi antenatal müalicəyə dəmir və folio turşusu əlavələrinin salınması; körpələrin doğuşdan sonra vacib qidayla təmin olunması üçün göbəkbağının kəsilməsinin yubadılması; ana südüylə əmizdirmənin təbliği, qorunması və dəstəklənməsi; qidalanmayla bağlı məsləhətlər verilməsi, belə ki, ürək xəstəliyi və iflici önləməkdən ötrü böyüklərin və uşaqların şəkər və duz qəbulunu azaltması daxildir.

ÜST bildirir ki, qidalanmaya sərmayə ölkələrin səhiyyə sahəsi üzrə universal hədəflərinə çatmasını yaxınlaşdıra bilər. Bu həm də iqtisadiyyata kömək deməkdir. Donorların əsas qidalanma proqramlarına sərf etdiyi hər bir ABŞ dolları yerli iqtisadiyyata 16 dollarlıq xeyir verə bilər.

Dünyada qidalanma sahəsində proqres əldə olunsa da böyük problemlər qalmaqdadır. Qlobal miqyasda qısaboyluluq azalır: 1990-2018-ci illərdə yaşı 5-dən aşağı uşaqlarda qısaboyluluq 39,2%-dən 21,9 faizə düşüb, başqa sözlə, 252,5 milyondan 149 milyona. Ancaq Afrika və Cənub-şərqi Asiyada irəliləyiş yavaş gedir.

Piylənmə isə artmaqdadır. 1990-2018-ci illərdə çəkisi artıq sayılan uşaqların sayı 4,8%-dən 5,9%-ə qalxıb. Bu, 9 milyon uşaq deməkdir. Böyüklər arasında artıq çəki və piylənmə demək olar hər regionda və ölkədə yüksəlir. 2016-cı ildə dünyada 1,3 milyard adımın çəkisi həddindən artıq olub. Onlardan 650 milyonu isə (dünya əhalisinin 13 faizi) piylənmədən əziyyət çəkib.

Piylənmə şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, xərçəngin bəzi növləri üçün risk faktoru sayılır. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar