Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat uşaqpulunun bərpa edilməsi ilə bağlı suala konkret cavab vermədi

Siyavuş Novruzov bu barədə müzakirələr aparıldığını açıqlayıb

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayıb.

Deputat bununla bağlı vətəndaşlara müraciət edib.

Siyavuş Novruzov sosial şəbəkədə ona göndərilən maraqlı fikir və təkliflərə görə təşəkkür edib. O, hər kəsin fikir və düşüncələrini özü üçün dəyərli hesab etdiyini söyləyib.

“Mənə yazdıqlarınızdan aydın olur ki, sizi ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaqpulları ilə bağlı məsələlərdir. Heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir. Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin də əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur.

Pensiya, aylıq müavinətlər və uşaqpulları ilə bağlı biz parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaqpulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq, 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb.

Bir daha qeyd etmək istiyirəmki, mən siyasi fəaliyyətim dövründə həmişə xalqın və seçicilərimin yanında olmuşam. Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, “Feysbuk” səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək.
Dərin hörmət və ehtiramla!”.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar