Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti yüksəlir

Neftin qiyməti əvvəlki satışlardakı azalmadan sonra artmağa başlayıb

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu meyllər daha çox ABŞ ilə Çin arasındakı ticarətə dair danışıqların gedişatı, habelə ABŞ-ın İranla bağlı mövqeyinə dair son məlumatlar əsasında formalaşır.

Belə ki, bu səhər Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin bir bareli 58,95 dollara, yəni əvvəlki sessiyanın bağlanış qiymətindən 0,25 dollar baha satılıb. Bazar ertəsi günü həmin neftin qiyməti 0,64 dollar azalaraq 58,7 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasındaki elektron hərracı zamanı WTI markalı neft eyni vaxt ərzində 0,27 dollar bahalaşaraq 53,91 dollara satılıb, halbuki əvvəlki sessiyanın yekununda 0,53 dollar ucuzlaşaraq 53,64 dollara satılırdı.

Qeyd edək ki, ötən gün G-7 sammitinin yekun mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Çin rəsmilərindən icarət sazişi imzalamağa maraqlı olduqları barədə iki telefon zəngi gəldiyini bildirməsi ilə neft qiymətləri artmağa başlasa da, Çin tərəfindən buna hər hansı təsdiq verilməməsi nəticəsində sessiya enişlə başa çatdı. İranla bağlı vəziyyəti şərh edən ABŞ lideri bu ölkədə rejim dəyişikliyini istəmədiklərini qeyd edib.

“Orada nüvə silahlarının, ballistik raketlərinin olmamasını istəyirik”, – Ağ ev rəhbəri “düzgün şərtlər” yaranarsa, İran Prezidenti Həsən Ruhani ilə də görüşə biləcəyini istisna etməyib.

pia.az


Etiket: Neft

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar