Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - Rəsmi

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqlarında artım olacaq

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəli təsdiq edildikdən sonra diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqlarında sentyabrın 1-dən artım olacaq (minimum aylıq əməkhaqqı artımına uyğun olaraq):

"Ancaq o müəllimlər diaqnostik qiymətləndirmədən keçdikdən sonra onlar birinci istiqamət üzrə (diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artımla) əməkhaqqı almağa başlayacaqlar. Hər bir halda həm diaqnostik qiymətləndirmədən keçən, həm də keçməyən müəllimlər, eyni zamanda qeyri-müəllim vəzifələrində çalışan təhsil işçilərinin də əməkhaqqının artımı sentyabrın 1-dən olacaq".

F.Qədirov deyib ki, müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərin də aylıq vəzifə maaşlarında sentyabrın 1-dən 20 faiz artım olacaq:

"Müəllimlərin işə qəbulunda iştirak diaqnostik qiymətləndirməyə bərabər tutulur. Bu barədə ölkə Prezidentinin sərəncamı var. Həmin sərəncamdan çıxış edərək deyə bilərik ki, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artım müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərə də şamil ediləcək".


Aparat rəhbərinin müavini qeyd edib ki, artım yalnız müəllimlərin vəzifə maaşları üçün nəzərdə tutulur, maaşlarına olan əlavələr isə dəyişmir: "Məsələn, sinif rəhbəri əvvəl də əlavə olaraq 40 manat alırdı, yenə də bu qədər alacaq".

Qeyd edək ki, ilk peşə ixtisas məktəblərində çalışan təxminən 15 min nəfər pedaqoji heyətin 2 min nəfəri diaqnostik qiymətləndirmədən keçib.(Trend)

pia.az


Etiket: müəllim maaş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Ən çox oxunanalar