Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trolluq hörmətli bir peşəyə çevrilə bilərmi? - Dünyanı trolların savaşı gözləyir...

Hələ ki, oğlunun və ya qızının “trol” kimi işləməsi ilə fəxr edən ailələr yoxdur, amma olacaq...

Mensur Akgün
“Karar” qəzeti, Türkiyə, 19 iyun 2019-cu il

Həyatımda ilk dəfə 1980-ci illərin əvvəlində Oslodakı bir hədiyyə mağazasında trol rastlaşmışdım. Böyük burunlu, çirkin görünüşlü, lakin özünü varlı turistlərə satdıracaq qədər sevimli bir varlıq idi. Bu trollar, sanki, əfsanəvi varlıqlar kimi meşədə yaşayırlar və hamının həyatını zəhər edirlər. Lakin buna baxmayaraq, trollar nifrət edilən deyil, hörmət edilən nağıl qəhrəmanları idilər.

İllər sonra gördük ki, bunların insanları virtual dünyada narahat etməyə başlayan növləri çıxıb. Amma yalan xəbər verdikləri, haqsız yerə qaralamalar etdikləri və qeyri-real bir dünyada yaşadıqları üçün bunlar Oslodakılar qədər sevimli görünmürdülər.

Yenə də “trolluq” Türkiyədə və dünyanın bir çox yerində artıq bir peşəyə çevrilib. Hələlik həvəskar ruhda, siyasi mövqeyinə görə sosial mediada insanlara hücum edənlər, yalan xəbər yayanlar olsa belə, bir çox insan bu “iş sahəsində” çalışır. Təkcə siyasi partiyalar və ya şirkətlər deyil, eyni zamanda dövlətlər də trol ordusu yetişdirirlər. Kiber müharibənin ən önəmli mübarizələrindən birinin media sahəsində aparılacağı düşünülür.

Mütəxəssislər Amerikanın, Fransanın, Rusiyanın, İranın və təbii ki, İsrailin bu məsələdə xeyli yol qət etdiyini bildirirlər. Hələ ki, oğlunun və ya qızının “trol” kimi işləməsi ilə fəxr edən ailələr yoxdur, amma olacaq. Çünki trolluq eynilə hakerlik kimi dövlətlərin yaxşı maaş verdiyi, kəşfiyyat və ya ordu ilə bir tutduğu peşə sahəsinə çevriləcək.

Rus trolları Amerikadakı seçkilərə, amerikalı trollar isə İrandakı ictimai hərəkatlara nəzarət edə bilirlər. Hətta trolluq və hakerlik üçün açılmış məktəblər belə var. Dünya artıq elə günə düşüb ki, kimin nəyi niyə etdirdiyini başa düşmək çox çətindir. 2015-ci ildə Türkiyənin 40 şəhərində 12 saat ərzində işıqlar sönür, “Observer”-də bir yazıçı bunun İranla əlaqəli olduğunu deyir və düşünür ki, bu, Türkiyənin Yəmən siyasəti ilə bağlı bir xəbərdarlıqdır.

Bunun doğru olub olmadığını başa düşmək çətindir. Bəlkə də, Türkiyə həm “hack”-ləndi, həm də “trol”landı. Bunu kimin etdiyini ən yaxşı kəşfiyyat xidmətləri bilər. Bilmirlərsə də, Türkiyənin təhlükəsizlik məsələsində ciddi bir boşluğu var. Amma təhlükəsizlik boşluğu olmasa belə Türkiyə kiber müharibəyə hazır olmalıdır.

Bu məsələdə mütəxəssis deyiləm, amma oxuduqlarıma uyğun olaraq deyə bilərəm ki, dünya siyasətində iddiası olan dövlətlər kiber müharibəyə hazırlaşır, hətta bu müharibədə birbaşa olaraq iştirak edirlər. Bir tərəfdən də, elektrik şəbəkənizi, bankçılıq sistemlərinizi, hətta şəxsi xəbərləşmə vasitələrinizi daha etibarlı hala gətirərkən, digər tərəfdən də rəqiblərinizə hücum etmək üçün hazırlıqlı olmalısınız. Çünki hücum təkcə fiziki sistemlərə deyil, həm də mental dəyərlərinizə, beyninizə qarşı edilir.

Amerika 2009-cu ildə Milli Təhlükəsizlik Agentliyinin yaratdığı Birləşmiş Ştatlar Kiber Komandirliyini (USCYBERCOM) 2018-ci ilin may ayında Müdafiə Nazirliyinə bağlı azad bir komandirlik halına gətirib.

Keçən həftə “The New York Times”da çıxan bir xəbərə görə, Rusiyaya qarşı fiziki nəticələr verən hücumlar başlayıb. Xatırladaq ki, komandirliyin vəzifə bölgüsündə “trolluq” da var imiş. Fransa 2016-cı ildən etibarən Avropanın 2600 əsgərdən ibarət kiber ordusunu qurub. Almaniyanın, Rusiyanın, İsrailin, İranın və bir çox ölkənin bu sahədə işlədiyini, hücumlara hazırlaşdığını da bilirik.

Türkiyədə də Daxili İşlər Nazirliyinin daxilində kiber cinayətkarlarla mübarizə dəstəsi olduğu məlumdur. Türkiyə Silahlı Qüvvələrinin Kiber Müdafiə Komandirliyi var. Terrorla mübarizə ilə bağlı aparılan əməliyyatlar da göstərir ki, Milli Kəşfiyyat Təşkilatı da bu məsələdə xeyli inkişaf edib. İnternet və sosial media manipulyasiyaları üzərində işləyən və uğurlu işlər görən akademiklərimiz də ortaya çıxmağa başlayıblar. Lakin, təəssüf ki, məsələnin zərərçəkəni deyil, müdafiəçisi olmaq üçün daha çox işləmək lazımdır.

Buradakı ən önəmli məsələ isə texniki və ya iqtisadi məsələlər deyil. Mənbə də, insan da tapmaq olar. Əsas məsələ azadlıq və təhlükəsizlik balansının qurulmasındadır. Bir tərəfdən kənar hücumlara qarşı hazırlıqlı olmalı, digər tərəfdən isə dövlətin və iqtidarın əlində tutduğu gücdən istifadə etməsinə əngəl olmalıyıq. Demokratiyanın güclü olduğu, balans və nəzarətin yaxşı işlədiyi yerlərdə belə bunu təmin etmək çox çətindir. Amma mümkünsüz deyil. İstəsək, biz də edə bilərik.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Troll Kiberhücum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Ən çox oxunanalar