Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davudoğlu payızda hərəkətə keçəcək...

Yeni partiya quracağı iddia edilən sabiq Baş Nazir Əhməd Davudoğlunun payızda hərəkətə keçəcəyi gözlənilir

"Aydınlık" qəzeti, Türkiyə, 27 may 2019-cu il

"Cumhuriyet" qəzetindən Əminə Kaplanın verdiyi xəbərə görə, partiya üçün hazırlıqlar edən sabiq Baş Nazir Əhməd Davudoğlu iftar proqramları ilə başlayan kadrlaşma iclaslarını payıza qədər davam etdirəcək və partiya qurmaq üçün şərtlər uyğun olduqda hərəkətə keçəcək.

Davudoğlu bu gün Diyarbəkirdə keçirəcəyi iftar proqramını 2 iyunda Konyada tamamlayacaq. Həmçinin qeyd edilir ki, Davudoğlu bayramdan sonra müxtəlif sivil cəmiyyət təşkilatlarının tədbirlərində iştirak edərək gündəmdəki məsələlərlə bağlı açıqlamalarını və tənqidlərini bildirəcək.

Bir tərəfdən 24 iyun seçkilərindən sonra AKP üçün alternativ bir quruluş yaratmağa çalışarkən, digər tərəfdən də 22 apreldə yayımladığı və bu qəbildən olanların "manifest" hesab etdiyi açıqlama ilə ilk dəfə rəsmi olaraq ortaya çıxan sabiq Baş nazir Əhməd Davudoğlunun partiya qurub qurmayacağı və əgər qurarsa, nə zaman başlayacağı maraq doğurur.

Davudoğlu və komandası "manifest"in ardınca iftar proqramlarında iştirak edərək rəsmən meydana çıxıblar.

İftar proqramlarında partiya siyasətləri ilə bağlı tənqidlərini önə sürən Davudoğlu, iddiaların əksinə olaraq, Diyarbəkirdə quracağı partiyanın reklamını etməyəcək.

Davudoğluna yaxın olan qaynaqlar qeyd edir ki, Davudoğlu bayramdan sonra da sivil cəmiyyət təşkilatlarının proqramlarında iştirak edəcək. Davudoğlunun payız aylarına qədər işlərinə davam edəcəyi, partiya qurmağı son vəziyyətə və şərtlərə görə qiymətləndirəcəyi və əgər şərtlər uyğun olarsa, işlərə başlayacağı bildirilir.

Prezident Rəcəb Teyyub Ərdoğan keçən günlərdə MKYK-nın (Mərkəzi Qərar Ali Şurası) iclasında YSK-nin (Ali Seçki Şurası) seçkini ləğv etmə qərarını tənqid edənlərlə bağlı lazımi tədbirlər görüləcəyini bildirib.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli oldu

Ən çox oxunanalar