Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya XİN: "Tereza Mey Trampın səfəri zamanı öz postunda olacaq"

“Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Trampın iyunun əvvəlində Birləşmiş Krallığa dövlət səfəri zamanı öz postunda olacaq”

PİA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant “Sky News” telekanalının efirində deyib.

“Tereza Mey Prezident Donald Trampı baş nazir qismində qəbul edəcək və bu, tamamilə doğrudur”, – deyə nazir bildirib.

Qeyd edək ki, bir qədər əvvəl “The Times” qəzeti Nazirlər Kabinetindəki mənbələrə istinadla Tereza Meyin Brexit barədə mövqeyinin parlamentlə üst-üstə düşməməsi səbəbindən mayın 24-də istefa verəcəyi ilə bağlı informasiya yaymışdı. Nəşrin məlumatına əsasən, Tereza Mey sıravi parlament üzvlərini birləşdirən və partiya liderinin seçimi və dəyişməsi məsələsini müəyyən edən 1922 komitəsinin rəhbəri Qrem Breydi ilə görüşdən sonra istefa verə bilərdi.

ABŞ Prezidenti Donald Tramp iyunun 3-5-də kraliça II Elizabetin dəvəti ilə Böyük Britaniyaya dövlət səfəri edəcək. Ötən ilin iyul ayında Amerika administrasiyasının rəhbəri Böyük Britaniyaya işçi səfəri etmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Ən çox oxunanalar