Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda aksiyalar başladı:bütün məhkəmələrə giriş-çıxış bağlanıb

Nikol Paşinyan vətəndaşlara müraciət edib

Etirazçılar bu gün səhər saatlarından Ermənistanın paytaxtı Yerevanda məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar.

Mayın 19-da ölkənin baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb.

O, ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var.

“Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədi ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”,- D.Sanasaryan vurğulayıb.

Əməkdaşlar məhkəmə binalarına buraxmırlar. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də onu itələyərək, içəri girməsinə imkan verməyiblər.

Vəkil Ruben Melikyan “Facebook” səhifəsində yazıb ki, Yerevan rayonlarından birinin məhkəmə binasının pəncələrini sındırblar, hakimlərin binaya daxil olmasına imkan vermirlər.

Yerevanda “Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.

Qeyd edək ki, mayın18-də Ermənistan keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O zaminə buraxılıb. (Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar