Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonla Ankara arasında diplomatik savaş hökm sürür

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır

Türkiyə ilə Rusiya arasında son vaxtlar strateji tərəfdaşlıq inkişaf edərək Suriya üzrə siyasətdə müttəfiqlik səviyyəsinə qalxıb. Hazırda rəsmi Ankara Rusiyaya qarşı Qərb müttəfiqləri tərəfindən tətbiq olunan sankiyalara qoşulmayaraq, Moskva yeni müqavilələr bağlayıb. Məhz Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlıq etməsindən və S-440 raketləri ilə dolayı ABŞ-ın Ankaraya qarşı təzyiqləri və sanksiyaları gündəmdədir. Həmçinin Rusiya ilə strateji əməkdaşlığa görə Vaşinqtonla Ankara arasında diplomatik savaş hökm sürür.

Göründüyü kimi Türkiyə Rusiya ilə əməkdaşlığına görə öz müttəfiqi ABŞ-la qarşı-qarşıya gəlir. Rusiya isə, Ankaranın bu siyasi fədakarlığını nəzərə almayaraq Suriyada Tel-Frıfat bölgəsində PKK terror təşkilatının qanadı YPG ilə müttəfiqlik edir. Bundan əlavə, Rusiya ilə anlaşmaya əsasən, terror təşkilatının bu regiondan çəkilməsi yubadılır. Hətta bu bölgədən Türk ordusuna qarşı YPG silahlı hücum edir. Artıq Türkiyənin müdafiə naziri Hulusi Akar bununla bağlı Rusiyaya etiraz edib.

Rusiya Türkiyə arasında sıx əməkdaşlığa baxmayaraq, hələ də YPG -ni Ankaraya qarşı təzyiq aləti kimi görür. Və, istənilən perspektivdə əlində saxlayır. Qeyd edim ki, Ankara bu isktiqamətdə Moskvadan izahat tələb etməli və buna son qoymağı tələb etməlidir. Necəki, Ankara ABŞ-dan bunu tələb edərək, əməkdaşlığı bir sıra sahələrdə dayandırıb. Eyni analoji hal Moskvaya da tətbiq edilməlidir.

Moskva YPG -dən Türkiyəyə qarşı istifadə etməsi bu ölkənin Türkiyə siyasətində səmimi olmadığını göstərir. Təbii ki, istənilən ssenaridə Moskva YPG Türkiyəyə qarşı istifadə edəcək. Necəki, Moskvanın təlimatı ilə YPG teror təşkilatının tərkibində erməni qrupu yaradılaraq Türkiyəyə və Qarabağda Azərbaycana qarşı istifadə edilməsi planlanır.

Qeyd edim ki, Putinlə Ərdoğan arasında yüksək şəxsi münasibətlərə baxmayaraq Kreml öz ənənəvi siyasətindən geri çəkilməyərək PKK dəstəkləyir. Bu, onu göstərir ki, Rusiya -Türkiyə əməkdaşlığı zərurətdən taktiki gedişdi və uzaq hədəflərə hesablanmayıb. Görünür, Moskva bunnunla regionda hədəfinə çatacağını hesabalyır. Türkiyə iki seçim qarşısında qalıb, sonucda Vaşinqton Türkiyə ilə anlaşmaya gələcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar