Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəis və 5 müavininə 464 min manat maaş – Mənfəət azalıb, rəhbərliyin gəliri isə artıb

Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti iki dəfə azalsa da, rəhbərliyin maaşı artıb

Vaxtilə Azərbaycanın varlı və biraz da qalmaqallı məmur-oliqarxlarından biri sayılan Aydın Bəşirovun, hazırda isə Rauf Vəliyevin rəhbərlik etdiyi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin(AXDG) 2018-ci ilin yekunlarına dair maliyyə hersabatları açıqlanıb.

Qurumun hesabatında kifayət qədər maraqlı məqamlar var ki, bunlardan biri də idarənin rəhbərliyinə daxil olan şəxslərin əmək haqları ilə bağlıdır. Belə ki, hesabatdan idarənin rəisinin və 5 müavinin illik əmək haqlarının toplam 464 min manat təşkil etdiyi məlum olur. Qeyd edək ki bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39 faiz çoxdur. Çünki 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdi.

Deməli, ötən il hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə orta hesabla 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.

Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.

Əlbəttə ki, rəhbər şəxslərin yüksək əmək haqqı almaları normal hal sayıla bilər. Ən azından ümid etmək olar ki, bu zaman korrupsiya və digər neqativ hallara yol verilməsi ehtimalı xeyli azalır…

Lakin AXDG-nin maliyyə hesabatında başqa bir maraqlı məqam da var ki, bu da sözügedən qurumun 2018-ci ilin yekunlarına görə, xalis mənfəətinin 2 dəfə(!) azalmasıdır. Əgər 2017-ci ildə AXDG-nin qazancı 100.1 milyon manat olubsa, ötən il xalis mənfəət cəmi 52,4 milyon manat təşkil edib. Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7 faiz azalaraq, 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından gəlirlər də 5 faiz azalıb.

Əlbəttə ki, mənfəətin belə kəskin şəkildə azalması müsbət hal və rəhbərliyin uğuru sayıla bilməz. Buna baxmayaraq, rəisin və 5 müavininin ötən il ərzində hansı xidmətlərinə görə maaş və mükafatlarının 40 faizədək artırılması qaranlıq olaraq qalır…(azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar