Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın hakimiyyət ehtirası və Albayrakın iqtisadi islahat paketi – Daban-dabana ziddiyyət

Ərdoğanın yürütdüyü istər daxili siyasət, istərsə də xarici siyasət bu gün Türkiyə iqtisadiyyatına yaxşı heç bir şey vəd eləmir...

Ekspert: “Türkiyə üçün valyuta, borc böhranı, geopolitik risklərin artması, qlobal tənəzzül təhlükəsi ehtimalları mövcuddur”.

“Türkiyənin xarici maliyyə mənbələrinə ehtiyacı olan bir ölkə olduğu məlumdur. Lakin, hər dəfə TL-nin dəyər itkisinə məruz qalmasının məsuliyyətini xarici investorların üzərinə atılması da düşünürəm ki, doğru deyil”.

Bu fikirləri Türkiyənin hazırkı iqtisadi vəziyyətini və Berat Albayrakın iqtisadi islahat paketini PİA.az-a şərh edərkən iqtisadçı ekspert Vüsalə Əhmədova dilə gətirib.

Ötən həftə Türkiyədə yeni iqtisadi islahatlar paketi açıqlanıb. Bələdiyyə seçkilərindən həmən sonra Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakın açıqladığı islahatlar, ilk növbədə, ölkənin maliyyə sektorunda, o cümlədən banklarda aparılacaq. Nazir islahatların və dəyişikliklərin 4 il yarım davam edəcəyini də qeyd edib.

“Kreditləşmə daha yaxşı və hər kəsin marağına uyğun formada yenidən təşkil ediləcək. Yeni hüquqi forma restrukturizasiya proseslərini və debitor borcların yığımını sürətləndirəcək, şirkətlərin borc ödəmə qabiliyyətini itirməsinin qarşısı qısa zamanda alınacaq”, deyə nazir vurğulayıb.

Albayrak, sığorta, pensiya sistemində və real sektorda struktur islahatları aparılacağını qeyd edib.

Bəzi iddialara görə Türkiyə iqtisadiyyatı tamamilə borc bataqlığında batır və böhran getdikcə dərinləşəcək. Diqqət çəkən xüsuslardan iri də odur ki, Albayrakın təqdimatından sonra türk lirəsi dollar qarşısında dəyər itirməyə davam edir. Bu da iş dünyasının sözdə Albayrakın islahatlarına dətək verdiyini bəyan etməsinə baxmayaraq, gərginlik və şübhələr içində olduğunu göstərməkdədir.

Hazırda Türkiyə iqtisadiyyatına daha çox siyasi və geosiyasi faktorlar təsir etməkdədir. Ərdoğam hökümətinin yürürtdüyü xarici siyasət isə iqtisadiyyatda gərginlik yaradan əsas faktora çevrilib. Məsələ ondadır ki, Türkiyə iqtisadiyyatı Qərblə daha çox sıx bağlı olduğu halda Ərdoğanın Rusiya ilə anlaşmaları, xüsusən S-400-lərlə bağlı yaranmış məsələ, NATO ilə Türkiyə arasında fikir ayrılığının olması, ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsi Türkiyə iqtisadiyyatında təlatümlərə səbəb olur.

Qeyd edək ki, hazırda Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak islahatlar paketinə ABŞ-ın dəstəyini alamğa çalışır və bu yöndə danışıqlar aparılır. Belə bir dəstək alınmazsa, islahatlar paketinin uğurlu ola bilməsi çox çətin görünür. Berat Albayrakın qarşısında duran əsas məsələ də iş dünyasını rahatlatmaq və Türkiyəyə daha çox sərmayə cəlb etməkdən ibarətdir.

Lakin onun atdığı bu addımlar qaynatası olan prezident Rəcəb Tayyip Ərdoğanın yürütdüyü xarici siyasətlə daban-dabana ziddir. Tramp adminstarsiyasının hazırkı şərtlər altında Türkiyəyə həm iqtisadi, həm də siyasi dəstək verməsi heç də ianandırıcı görünmür. Üstəlik İstanbul seçkiləri ərtafında yaranmış vəziyyət də Ərdoğan hakimiyyətinin beynəlxalq imicinə daha böyük zərbə vurur.

Əslində hazırkı dönəmdə Türkiyə iqtisadiyyatının sağlamlaşdırılması üçün cəmiyyətin daha böyük kəsimlərini əhatə edən bir koalisiyaya ehtiyacı var. Lakin AKP-nin və Ərdoğanın bu addımları ata bilməsi də imkansız kimi görünür. İstanbul və Ankara seçkiləri ətrafında yaranmış vəziyyət də bunun bariz nümunəsidir. Məğlubiyyəti həzm edə bilməyərək müxalifətin seçkiləri saxtalaşdırdığını iddia etməklə AKP əslində Türkiyənin seçki sisteminə və dolayısı ilə milli iradəyə ağır zərbə endirməkdədir. Bu isə cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirir və təbii ki, Ərdoğanın yürütdüyü istər daxili siyasət, istərsə də xarici siyasət bu gün Türkiyə iqtisadiyyatına yaxşı heç bir şey vəd eləmir. Əslində Ərdoğanın hazırda yürütdüyü xarici və daxili siyasət Berat Albayrakın islahat paketi ilə daban-dabana ziddiyyət təşkil edir və uyumsuzluq çox açıq şəkildə görünməkdədir.

PİA.az-ın əməkdaşı Türkiyənin iqtisadi durumunu iqtisadçı ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Hazırda hər kəsi bu islahatlar məsələsinin necə formalaşdırılacağı və hansı şəkildə həyata keçiriləcəyi maraqlandırır”.

İqtisadçı ekspert PİA.az-a açıqlamasında bildirib ki, hazırda hər kəsi bu islahatlar məsələsinin necə formalaşdırılacağı və hansı şəkildə həyata keçiriləcəyi maraqlandırır. Bununla belə ekspert hesab edir ki, hazırlanan islahat paketi daha çox Ərdoğanın təbliğat kampaniyasına xidmət edəcək:

“Türkiyə iqtisadiyyatında 2009-cu ildən etibarən ilk dəfə yaşanan “texniki tənəzzül” iqtisadçılar başda olmaqla uzun zamandır hər kəsi narahat edir. Bildiyiniz kimi, türk lirası keçən ilin avqust ayında ABŞ dolları ilə müqaisədə 30% dəyər itkisinə məruz qaldı. İllik inflyasiya dərəcəsi 19,71%-i keçdi. Ən çox bahalaşma qida sektorunda müşahidə edildi ki, aylıq qiymət artımı 2,44% olaraq müəyyənləşdirildi. Hətta qida inflyasiyası ilə mücadilə etmək üçün Ankara şəhər bələdiyyələri tənzimlənən satış nöqtələri belə qurmuşdular.

Türkiyənin xarici maliyyə mənbələrinə ehtiyacı olan bir ölkə olduğu məlumdur. Lakin, hər dəfə TL-nin dəyər itkisinə məruz qalmasının məsuliyyətini xarici investorların üzərinə atılması da düşünürəm ki, doğru deyil. Seçimlər ərəfəsindən etibarən bütün vətəndaşların, əsasən də, xarici investorların diqqəti islahatlar paketində idi desək yanılmarıq. Hətta reformlarla bağlı “Reuters” xəbər agentliyinə müsahibə verən Fransız “Credit Agricole” Bank səlahiyyətlisi, bildirmişdi ki, “Türkiyə iqtisadiyyatında heç bir sağlam islahatlardan söhbət belə gedə bilməz, hazırlanan iqtisadi islahat paketi Ərdoğanın populyar qalması üçün hesablanan növbəti addımdır”, fikirini səsləndirmişdi. Hazırda hər kəsi bu islahatlar məsələsinin necə formalaşdırılacağı və hansı şəkildə həyata keçiriləcəyi maraqlandırır.

Məlum olduğu kimi, Türkiyə Xəzinə və Maliyyə Nazirliyi yeni hədəflərə istiqamətlənmiş iqtisadi islahatlar paketini srağa gün ictimaiyyətə açıqladı. İslahatlar paketi vergi, bank sektoru, maliyyə bazarlarından tutmuş, inflyasiya ilə əlaqədar atılacaq bir sıra addımlaradək geniş spektri əhatə edir. Buradakı əsas məqamlara diqqəti çəkmək istərdim. Xəzinə və Maliyyə Nazirliyi çıxaracağı 28 milyard TL dəyərində olan dövlət qiymətli kağızlarını dövlət banklarına verməyi planlaşdırır. Hansı ki, bununla dövlət banklarının kapital adekvatlığı və likvidlik əmsallarının artırılarak balanslarının daha sabit vəziyyətə gətirilməsi hədəflənir.

Vüsalə Əhmədova: “Proqram illik inflyasiya dərəcəsinin 2021-ci ilə qədər yüzdə 6%-ə endirilməsini hədəfləyir”.

Məlumdur ki, Türkiyənin enerji və inşaat sektorlarında problemli kreditlərin həcmi yüksəkdir. Bu iki sektor üzrə problemli aktivlərin alınaraq borc-hissə sənədi mübadiləsi ilə banklardan çıxarılması və beləcə bankların balanslarının təmizlənməsi nəzərdə tutulur. Bu yeni maliyyə modelində bankların yerli və xarici sərmayənin iştirak etdiyi fondlarla idarə olunması təmin ediləcək. İslahatlar çərçivəsində bundan əlavə, qida sektorunda yaşanan inflyasiya ilə mücadilədə kənd təsərrüfatı üzrə “milli birlik layihəsi”nin həyata keçirilməsi də nəzərdə tutulur.

Layihə çərçivəsində ilkin olaraq 2 min hektarlıq ərazidə texnoloji istixananın inşa etdiriləcəyi, daha sonra 5 min hektara çatdırılacağı planlaşdırılır ki, bu da tərəvəzə olan tələbatın 25%-ni ödəyəcək. O cümlədən, Türkiyə üzrə 47 milyon olan kiçikbaş heyvan sayının 4 il müddətinə 100 milyon ədədə çatdırılacağı da düşünülür.

İslahatlarda həmçinin, yüksək gəlirli təbəqələrin daha ədalətli vergiyə cəlb edilməsi üçün dolayı vergilərin, o cümlədən, korporativ vergilərin getdikcə azaldılaraq, birbaşa vergilərin artırılması qeyd edilir.

Bütün bunlardan əlavə, ixracata hesablanan yüksək əlavə dəyərli texnoloji məhsulların istehsalının artırılması, Türkiyənin logistik mərkəzə çevrilməsi, sosial sığorta, ədliyyə və turizm sahəsində islahatlar, məşğulluğa əsaslanan təhsil planı nəzərdə tutulmuşdur. İnvestisiyalar daha çox neft-kimya, maşın və avadanlıq, dərman sektoruna yönəldiləcək. Bu da 2 milyona yaxın yeni iş yerlərinin yaradılması deməkdir. Proqram illik inflyasiya dərəcəsinin 2021-ci ilə qədər yüzdə 6%-ə endirilməsini hədəfləyir.

Seçkilərin iqtisadiyyata təsirinə gəlincə, Türkiyədəki yerli hakimiyyət orqanlarına keçirilən son seçkiləri zənnimcə demokratik saymaq olar. Bildiyiniz kimi, Türkiyədə seçkilərdə iştirak yüksək səviyyədədir, bu da insanların demokratiyaya inamını göstərir. 3 ən böyük şəhərdə müxalif partiyanın qalib gəlməsi də buna əyani sübutdur. 31 martda keçirilən seçimlərdən sonra iqtisadi islahatlar prosesinə başlanılacağı hakim dairələr tərəfindən öncədən söylənmişdi. 2020-ci ildə islahatlar haqqında yeni proqramın da qəbul ediləcəyi, 2021-ci ildə artıq iqtisadi tarazlığın bərpa olunacağı gözlənilir. İslahatların qısa müddətli deyil, uzunmüddətli və davamlı olması vacib şərtdir.

Vüsalə Əhmədova: “ABŞ, Çin və AB arasında yaşanan ticarət müharibələri Türkiyədən də yan keçə bilməz”.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı hesabatda, qısa müddətli iqtisadi artımın struktur islahatları aparılmadan davamlı olmasının mümkün olmayacağı deyilirdi. Hazırkı struktur və vergi islahatları da məhz ölçüsündən asılı olmayaraq bütün firmaların OECD standartlarına uyğunlaşmasını təmin edəcək. Bu sayədə də əmək qabiliyyətli əhalinin böyük bir qisiminin daha məhsuldar müəssisələrdə çalışması təmin olunacaq. Məşğulluq da nə qədər çox artarsa Türkiyə iqtisadiyyatının məhsuldarlığı, gəlirliliyi və rəqabət gücü də bir o qədər artacaq deyə düşünürəm.

Bütün bu deyilənlərə rəğmən, ABŞ, Çin və AB arasında yaşanan ticarət müharibələri Türkiyədən də yan keçə bilməz. Təbii ki, valyuta, borc böhranı, geopolitik risklərin artması, qlobal tənəzzül təhlükəsi ehtimalları mövcuddur. Dünya üzrə 3,2%-lik artım nisbətinin 2019-cu ildən etibarən geriləyəcəyi, həmçinin, 2018-ci ildə dünya ticarət həcmindəki 3,8%-lik artımın bu il 3,4% olacağı gözlənilir. Qlobal iqtisadiyyatın taleyini həll edən isə dünyanın maliyyə mərkəzi və ən böyük iqtisadiyyatı sayılan ABŞ-dır. ABŞ iqtisadiyyatında, dolayısıyla da dünya iqtisadiyyatında tənəzzül gözləntilərini artıran bir sıra səbəblər mövcuddur. İlk öncə onu deyim ki, ABŞ və Almaniyada keçən ay uzunmüddətli xəzinə bonolarının gəlirləri qısamüddətli xəzinə bonolarının gəlirlərindən aşağı endi. Bu vəziyyət investorların gələcəyə yönəlik gözləntilərinə və davranışlarına mənfi təsir göstərir.

Tarixə nəzər salsaq, ABŞ iqtisadiyyatındakı bu kimi halların ardınca dünyada sərt tənəzzül yaşandığını görmək olar. Məsələn, 1997-ci ildə Taylanda başlayan borc böhranı Rusiya və Braziliyayadək yayılmışdı. Dünya iqtisadiyyatındakı bu kimi həssas vəziyyətin digər yüksəlməkdə olan bazarlara, həmçinin Türkiyəyə də sıçraya biləcəyi ehtimal olunur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar