Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkidən sonra Türkiyə-ABŞ münasibətləri yenidən qurulacaq?..

Türkiyənin tətbiq edə biləcəyi iqtisadi siyasətə qarşı Amerikanın dəstək verəcəyi ilə bağlı Vaşinqtondan verilən mesajlar var...

Serdar Turqut
“Haberturk” saytı, Türkiyə, 1 aprel 2019-c il

Vaxt sarıdan 7 saat üstünlüyümün olmasına baxmayaraq, bu yazını seçki nəticəsini görmədən yazmağa qərar verdim. Çünki fikirlərimin seçki nəticəsi ilə əlaqəsi yoxdur. Yaşadığımız bələdiyyə seçkisi deyil, hakimiyyəti dəyişəcək bir seçki olsaydı, davranışım yenə də eyni olacaqdı. Çünki ölkəmizin qarşı-qarşıya olduğu problemlər üçün elmin, məntiqin göstərdiyi qalib üçün yeganə düzgün həll yolu var; Bu da siyasi davranış ilə əlaqəli olmayan bir həll formuludur.

Əsas məsələmiz iqtisadiyyatdır

Türkiyə 1 Aprel bazar ertəsi günündən etibarən yeni bir dönəmə girir. Daha 4, 5 il ərzində seçki olmayacaq. Bizə və idarə edənlərə verilən bu böyük xoşbəxtliyin fərqində olaq və şansımızdan yaxşı istifadə edək.


Türkiyənin etməli olduğu, hətta etməyə məcbur olduğu addım ölkənin azad bazar iqtisadiyyatının əsaslarını qlobal qaydalara uyğun bir şəkildə möhkəmlətməkdir. Hətta Vaşinqtondakı xəzinə mənbələrinə yaxın dairələri və Beynəlxalq Valyuta Fondunun(BVF) daxili fəaliyyətini bilən insanların da Türkiyənin bu yeni dönəmi ilə bağlı gözləntiləri yüksəkdir.

Əgər BVF ilə müqavilə imzalansaydı, həmin dairələr Türkiyənin tətbiq edəcəyi sıx və möhkəm siyasəti bu müqavilə olmadan da öz azad iradəsi ilə həyata keçirəcəyini gözləyir. Türkiyənin bu siyasəti həyata keçirəcəyi təqdirdə Vaşinqtondakı xəzinə dairələri və BVF-in daxili fəaliyyətini bilən insanlar BVF-in qlobal bazarlarda mənəvi dəstəyini Türkiyəyə verəcəyindən bəhs edirlər. Həmçinin xəzinə mənbələri bu halda Tramp adminstrasiyasının BVF-in daxili gücünü Türkiyə lehinə istifadə etməyə meylli olduğunu qeyd edirlər.

Bəzi mənbələr Türkiyənin həyata keçirəcəyi siyasətlə bağlı hazırlıqlar gördüyünə dair siqnallar aldıqlarını vurğulayırlar. Həmin mənbələr bu məlumatların indiyə qədər dəqiq açıqlanmamasının səbəbini isə normal qəbul edirlər. Çünki bu proses bir seçki atmosferində mübahisəyə uyğun məsələlər deyil. Mən buna görə “Çox şükür ki, bu seçkini keçdik və seçimin olmayacağı uzun bir dönəmə girdik”, deyirəm. Ölkəmizin həqiqətən qurtulması üçün atılması vacib olan addımlar və tətbiq ediləcək siyasətə ehtiyac var. Şanslıyıq ki, başımızın üstündə bu işləri qətiyyətlə həyata keçirəcək bir rəhbərlik də var.

Yeni müdaxilələr...

Türkiyənin tətbiq edə biləcəyi iqtisadi siyasətə qarşı Amerikanın dəstək verəcəyi ilə bağlı Vaşinqtondan verilən mesajlar var. Belə ki, 14-16 aprel tarixlərində Türk-Amerika İş Şurasının iclası reallaşacaq. İclasın spikeri Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayraq olacaq. Amerika rəhbərliyi və iş dünyasında Türkiyə ilə əməkdaşlıq etmək niyyətində olan tərəflər iclasda nazir Berat Albayrağın Türkiyənin tətbiq edəcəyi iqtisadi siyasətin yol xəritəsi barədə açıqlama verəcəyini gözləyirlər. İclasa prezident Trampın milli təhlükəsizlik məsləhətçisi Con Bolton və xüsusi müşavir Cared Kuşner də dəvət edilib. ABŞ xəzinə naziri Stiven Mnuçinin də iclasa qatılması ilə bağlı cəhdlərin olduğunu bilirəm, ancaq hələlik heç bir nəticə yoxdur. Eyni zamanda ABŞ-ın dövlət katibi Mayk Pompeo və ABŞ Ticarət Nazirliyinin də iclasda iştirak edəcəyi gözlənilir.


Kritik dönəmdə xarici hərəkət olmamalıdır

Bu gündən etibarən daxil olduğumuz yeni dönəmdə həyata keçiriləcək məcburi iqtisadiyyat modelinə kənardan hansısa xarici cəhdin olmaması vacibdir. Ekspertlərə görə, məlum kritik dönəmdə Türkiyənin kapitalist dünya sistemindəki gücündən dolayı xarici cəhdi həyata keçirə biləcək ABŞ ilə münasibətlərini normal səviyyədə saxlaması önəmlidir. Yeni dönəmdə Türkiyə özünü daha yaxşı ifadə edəcək. Bunun ilkin əlaməti 15 apreldə Berat Albayraq tərəfindən veriləcək. Türkiyə yeni lobbiçilik şirkəti ilə razılığa gəlib və Konqresdə Türkiyənin simpatiyasına baxa biləcək üzvlərin (Turkish caucus) sayının artırılması üzrə öz işinə başlayıb. Əlbəttə ki, burada prezidentlərin ən yüksək səviyyədə ifadə və dialoqu da ifadə olunur.

İndi yazını bitirəndə seçkilərin nəticəsinə baxdım. Təxmin etdiyim kimi, məni təəccübləndirən bir şey yoxdur. Bu nəticənin əksi belə olsaydı, yenə də heç nə dəyişməyəcəkdi. Yenə eyni iqtisadi siyasət tətbiq ediləcək və atılmalı olan məcburi iqtisadi addımlar atılacaqdı.

Güzəşt olmadan davam edilsə, respublikamızın 100-cü ildönümü olacaq 2023-cü ildə başı dik, dünyada haqq etdiyi yerdə olan bir dövlət olaraq seçkilərdə iştirak edəcəyimizə əminəm.

Tərcümə: Pia.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az


Etiket: Türkiyə ABŞ BVF

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ən çox oxunanalar