Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən böyük qaçqın düşərgəsi bağlana bilər

Keniya hökuməti növbəti dəfə bu ölkədə yerləşən və dünyanın ən böyük qaçqın düşərgəsi hesab edilən Dadaab düşərgəsini bağlamağa hazırlaşır

Hökumətin bu barədə müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) daxil olub. Beynəlxalq təşkilatdan verilən məlumata görə, qaçqın düşərgəsinin bağlanması növbəti yarım il üçün planlaşdırılır. Keniya hökuməti BMT QAK-a bu düşərgədə məskunlaşan 230 min qaçqının başqa yerlərə köçürülməsi prosesini sürətləndirməyi xahiş edib.

Qeyd edək ki, hələ 2016-cı ildə Keniya hökuməti Dadaab düşərgəsini bağlayacağını elan etmişdi. Həmin vaxt Somalidə hökumətə qarşı vuruşan qiyamçıların gizlənmə və öz sıralarına yeni üzvlərin qəbulu üçün düşərgədən sui-istifadə edilməsi iddia olunurdu. Lakin Keniyanın Ali Məhkəməsi hökumətin bu planını rədd etdi və düşərgənin bağlanmasını ölkənin beynəlxalq öhdəliklərini pozması və qaçqınların təqibi kimi dəyərləndirdi.

Əslində 90 min qaçqın üçün nəzərdə tutulan və Keniyanın Somali ilə sərhədləri yaxınlığında yerləşən düşərgədə əsasən vətəndaş müharibəsi və quraqlığa görə Somalidən qaçmış insanlar məskunlaşıb.(azərtac)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar