Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

"Azərbaycanla Kolumbiya arasındakı iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə etmək üçün yaxın vaxtlarda Kolumbiya xarici işlər nazirinin müavini Luz Stella Xara Portillanın Bakıya səfəri nəzərdə tutulur"

Bunu “Report”a Azərbaycanın Kolumbiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Həsən Zeynallı bildirib.

“Xarici İşlər Nazirlikləri səviyyəsindəki məsləhətləşmələr zamanı iki ölkə arasında biznes forumunun keçirilməsi, ixrac-idxal əməliyyatlarının artırılması, turist axınının böyüməsi kimi bir sıra məsələlər müzakirə olunacaq. Gələcəkdə həmçinin ölkələrimiz arasında ticarət palatası da yaradıla bilər”, - deyən diplomat aprelin 3-5-də Kolumbiyada keçiriləcək biznes forumunun iki ölkənin iş adamları arasında təmasların artması baxımdan səmərəli olacağını dilə gətirib.

Qarşıdakı biznes forumuna azərbaycanlı iş adamları tərəfindən ərizələrin gəlməməsini iki ölkə arasında iqtisadi əlaqələrin hələləik zəif olmasına dəlalət kimi dəyərləndirən müvəqqəti işlər vəkili Azərbaycanın Kolumbiyadan qəhvə, meyvələr, ət, güllər, qızıl, zümrüd, dəri məmulatları idxal edərək bu ölkəyə çay, şərablar, quru meyvələr, ipək məmulatları, tekstil, xalçalar ixrac etməsi üçün geniş imkanların mövcud olduğunu da qeyd edib.

Azərbaycan hab rolunu oynaya bilər. Kolumbiya öz məhsullarını Azərbaycana, oradan da Ələt azad iqtisadi zonası vasitəsilə Mərkəzi Asiya ölkələrinə, İrana ixrac etməksə maraqlıdır. Azərbaycan da Kolumbiya vasitəsilə başqa Cənubi Amerika ölkələrinin bazarına çıxış əldə edə bilər”, - deyə H.Zeynallı qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 734 milyon ABŞ dolları, yəni əvvəlki ilə nisbətən 65,6 faiz artıq olub. Cari ilin iki ayı ərzində isə müvafiq göstərici 134,5 min dollar olub ki, bu da tamamilə Kolumbiyadan Azərbaycana ixracı hesabınadır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar