Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın sonsuz savaşları və Tramp

ABŞ-Israil-Səudiyyə üçbucağındakı Yaxın Şərq...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 fevral 2019-cu il

Tramp ABŞ əsgərlərini Suriyadan çıxartmaq istəyirdi, amma alınmadı. Nəticə etibarilə 400 ABŞ əsgəri Suriyada qalacaq. Cümhuriyyətçi senator Linsey Qrahama görə, ABŞ əsgərlərinin geri çəkilməsi fonunda boşluğu İran dolduracaq. Buna görə də Linsey Qraham Trampın 400 əsgəri Suriyada saxlaması qərarını “doğru yol” kimi qiymətləndirib. Təbii ki, Qrahamın bu mövqeyi İsrailin maraqlarının qorunması mənasına gəlir. Tramp isə şiddətlə qınadığı “sonsuz savaş” siyasətinə ayaq uydurdu.

Trampın nəzarətində olan “neokon”lar isə müharibəsiz yaşaya bilmədiklərinə görə, özlərinə yeni ölkə kimi Venesuelanı tapdılar. “Venesuela zərbəsi”nin bayraqdarlığı Amerika senatoru Marko Rubiona məxsusdur. ABŞ-ın Dövlət katibi Mayk Pompeo isə Corc Buş dönəminin məşhur neokonlarından olan Elliot Abramsı Venesualanın özəl təmsilçisi kimi təyin etdi. Onlar birlikdə Venesuela prezidenti Nikolas Maduronu devirməyə çalışırlar.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton prezidentlikdən geri çəkilmədiyi təqdirdə Maduronu Quantanamo həbsxanasında ABŞ bazasına məxsus bir hücrənin gözlədiyi ilə bağlı təhdid edib.

Bununla yanaşı, senator Marko Rubion rəsmi “Twitter” hesabında Qəddafinin qan içində olan şəkilini paylaşmaqla, bu təhdidlərin artmasına şərait yaradıb. Hətta Pompeo öz açıqlamasında Maduronun sayılı günlərinin qaldığını da açıq şəkildə bildirib. Con Bolton Venesuela üçün Cənubi Koreya səfərini ləğv etsə də, Elliot Abrams Venesuela sərhədlərində dolanmağa davam edir.

Uzun müddətdir ortalarda görünməyən Səudiyyə Ərəbistanı şahzadəsi Bandar ibn Sultan “Independent Arabia” qəzetinə verdiyi müsahibədə “Qətər, Dohadakı ABŞ bazasının onları qoruya biləcəyi faktına aldanmasın”, deyə bildirib. ABŞ-ın Yaxın Şərqdəki ən böyük hava bazasının bir zamanlar Liviyada olduğunu bildirən şahzadə Amerikanın 1969-cu ildəki hərbi zərbədən kral İdrisi qorumadığını xatırladıb. Amerikalılar Liviyanın daxili məsələsi bəhanəsi ilə kral İdrisin devrilməsini sadəcə izləyiblər.

Şahzadə Bandarın qızı, şahzadə Rima isə Səudiyyənin Vaşinqtondakı səfiri vəzifəsini icra edən Xalid bin Salmandan sonra Vaşinqton səfirliyinə təyin edildi. “Buş ailəsi”nə yaxınlığına görə “Bandar Buş” adlandırılan şahzadə Bandar 22 il Vaşinqton səfiri olaraq xidmət edib. Şahzadə Rimanın təyinatı isə Səudiyyə sülaləsindəki daxili mübarizənin dayanmasına səbəb olub.

İsrail mətbatına sızan məlumatlara görə, kral Salman vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın “Fələstin-İsrail” sülh razılaşması ilə bağlı səlahiyyətlərini əlindən alıb. Belə ki, kral Salman yanvar ayında Pompeo ilə görüşündə Trampın “Yaxın Şərq Sülh Planı”nı qəbul etdiyini bildirib. Kral Salman Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin Fələstin dövləti qurulandan sonra normallaşa biləcəyini qeyd edib. Qeyd edim ki, kral Salmanın qəbul etdiyi, Trampın kürəkəni və baş müşaviri Cared Kuşner tərəfindən hazırlanan sülh planının fələstinlilər tərəfindən qəbul edilməsini məcbiri olacağı gözlənilirdi.

Digər tərəfdən, ABŞ Konqresindəki Demokratlar Tramp Adminstrasiyasının Səudiyyə Ərəbistanına nüvə texnologiyası satmaq cəhdlərini araşdırır. İş adamı Tom Barakın təşəbbüsü ilə irəli sürülən ideyanı Trampın ilk milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn davam etdirib.

Şahzadə Məhəmməd ibn Salmanın sirdaşı Cared Kuşnerə isə ilk təpki İsrail tərəfindən gəlib. Belə ki, İsrailin baş naziri Binyamin Netanyahu Trampdan Səudiyyə Ərəbistanına nüvə silahı satmamağı xahiş edib. Netanyahu nüvə texnologiyasının satışının dayandırılmaması fonunda Trampdan Səudiyyə Ərəbistanının uranı zənginləşdirməsinə mane olmasını və nüvə reaktorunun hazırlanacağı ərazinin öncədən İsrailə bildirilməsini istəyib.

Nüvə silahlarına sahib olan İsrail bölgədə başqa nüvə gücü istəmir. İsrail İrana qarşı” olsa da belə, Səudiyyə Ərəbistanının nüvə silahına sahib olmasından narahatdır. Çünki İsrail regiondakı dövlətlərin öhdəsindən gələ bilmək üçün Yaxın Şərqdəki dövlətlərin ondan zəif hərbi imkanlarının olmasını istəyir.

Bu baxımdan İraqın ABŞ tərəfindən parçalanması İsraili çox sevindirmişdi.

İsrail regiondakı dövlətlərin zəifləməsi üçün ABŞ-ın hərbi, siyasi və iqtisadi gücündən istifadə edir. Tramp isə ABŞ-ın başqa dövlətlərlə savaşmamağına çalışsa da, bu çarmıxdan çıxa bilmir.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar