Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Rusiya işğalına qarşı hazırlığa başladı – Şərh

Ciddi həyəcan içərisində olan Qərb Rusiya təhdidinə qarşı yeni planlar hazırlayır

Bunu Polşanın ABŞ-dan 414 milyonluq HİMERS raket sistemləri almağa hazırlaşması haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

ABŞ Rusiyanı Kalininqradda yeni İsgəndər-M, Belarusda isə orta mənzilli qanadlı raketlər yerləşdirməkdə günahlandırır. Ona görə də ABŞ orta mənzilli nüvə raketlərinin məhv edilməsi ilə bağlı müqavilədən 6 ay sonra çıxacağını bəyan edib. Əslində, bu müddət Rusiyanın reaksiyasını yoxlamaq məqsədi daşıyır. Rusiya isə müqaviləyə əməl etmir və əks ittihamlarla ABŞ-ı günahlandırır. Beləliklə, dünya yenidən sürətlə silahlanma yarışına qədəm qoyur. Bu yarışı ilk kimin başlatdığını söyləmək çətin olsa da, hər halda Putin üçüncü dövr prezident seçildikdən sonra Rusiyanın nüvə arsenalını möhkəmləndirməyə başlayıb”, - Q.Hüseynli bildirib.

Politoloq qeyd edib ki, Çinin kəskin mövqeyi bu prosesi daha da körükləyir:

“Çin yerüstü nüvə vasitələrinin artırılmasına və kosmosda süni peyklər vasitəsilə kütləvi qırğın silahlarının yerləşdirilməsinə böyük vəsaitlər ayırır. NATO ilə Varşava Müqaviləsi bloku arasında 70-ci illərdən başlamış bu silahlanma ikincinin sıradan çıxmasına gətirib çıxardı. Beləliklə, ikiqütblü dünyadan birqütblü dünyaya keçid baş verdi. Ona görə də ciddi həyəcan içərisində olan Qərb Rusiya təhdidinə qarşı yeni planlar hazırlayır. Bu yaxınlarda Avropanın 30-a yaxın Nobel mükafatı laureatı dünya xalqlarına müraciət edərək, Avropa sivilizasiyasının rus təhlükəsi qarşısında olduğunu təsadüfən bəyan etmədi. Bu, Avropanın Rusiya tərəfindən işğalı ehtimalına dair həyəcan təbili idi. NATO dövlətlərinin milli gəlirlərinin 2 faizindən çoxunu hərbi xərclərin artırılmasına ayırması da məhz bundan xəbər verir. Bu mənada Polşa və Çexiyanın buna daha tez reaksiya verməsi diqqətdən yayınmır. Əgər Rusiya 6 ay müddətində müqaviləyə riayət etməsə, ABŞ Avropa ərazisində öz qanadlı raketlərini yerləşdirəcək. Bütün bunlar isə gərginliyi artıracaq və nüvə təhdidi üzərindən siyasətin inkişafına gətirib çıxaracaq”.

Qeyd edək ki, Polşanın ABŞ-dan 414 milyonluq HİMERS raket sistemləri almağa hazırlaşır.

Məsələyə dərhal reaksiya verən rusiyalı senator Oleq Morozov isə bildirib ki, Kalininqrad bölgəsi xaricində belə bir raketlərin xəyal edilməsi belə çətindir. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar