Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın yeni Yaxın Şərq planı - Varşavada İrana qarşı yeni koalisiya yaradılır?

Politoloq: “Sözügedən təşəbbüs dünyada birmənalı qarşılanmayıb və buna görə də bir çoxları tədbirin uğurunu ABŞ və İsrailin xeyrinə olacağını dilə gətirirlər”

“Vaşinqton anti-İran koalisiyasını yaratmaqla, cəza polisı funksiyasını özünün yox, müttəfiqlərinin yerinə yetirməsinə çalışır”.

Bu sözləri politoloq Tofiq Abbasov gələn ay Varşavada keçirilməsi nəzərdə tutulan Yaxın Şərq konfransını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, fevralın 13-də Varşavada Yaxın Şərq konfransı keçiriləcək. Lakin yayılan məlumatlarda bildirilir ki, İran bu konfransa dəvət olunmayıb. ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, bu görüşdə habelə İranın sabitsizləşdirici təsirinin aradan qaldırılması yolları da müzakirə olunacaq. İran isə bu konfransın keçirilməsini özünə qarşı “düşmənçilik aktı” kimi qiymətləndirib və Polşaya qarşı təfsilatı açıqlanmayan “əks-hərəkət” edəcəyi ilə hədələyib. Həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu konfransı “aciz anti-İran sirki” adlandırıb.

Onu da bildirək ki, Rusiya da Varşavada keçiriləcək Yaxın Şərq konfransında iştirakdan imtina edib. Belə ki, Rəsmi Moskva bu konfransı ABŞ tərəfinin öz birtərəfli geosiyasi maraqlarını bütün beynəlxalq ictimaiyyətin təşəbbüsü kimi göstərmək cəhdi adlandırıb. Həmçinin Rusiya baş tutacaq konfransı Vaşinqtonun siyasi layihəsi sayıb və Yaxın Şərqin problemlərinin həllini əhatə etmədiyini bildirib.

Maraqlıdır ki, Avropa İttifaqı xarici işlər komissarı Federika Mogerini ABŞ-ın Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və regional təhlükəsizliyə həsr ediləcəyini bildirdiyi bu tədbirə qatılmayacağını deyib.

ABŞ və digər ölkələrdən olan 3 min müharibə əleyhdarı da petisiya imzalayaraq, Avropa ölkələrindən Polşada keçirilməli olan anti-İran konfransı boykot etmələrini istəyiblər. Petisiyada səbəblərdən biri kimi göstərilib ki, Tramp nüvə anlaşmasından çıxmaqla İrana qarşı düşmənçilikləri artırıb və regionda böhran odunu körükləyir. İndi də Yaxın Şərqdə növbəti faciəli savaşa başlamaq istəyir.

ABŞ-ın yeni Yaxın Şərq planı ilə bağlı nə demək mümkündür və İranın, Rusiyanın iştirak etmədiyi ABŞ-ın Yaxın Şərq planı nə qədər uğurlu ola bilər? Xüsusilə, ABŞ-ın müttəfiqləri olaraq çıxış edən sünni ərəblər və İsrail Yaxın Şərqdə sülhü bərpa etməyə qadirdirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Tofiq Abbasov: “İran problemi beynəlxalq siyasəti yeni qütbləşməyə aparır və beynəlxalq nizam bundan qazanc deyil, yeni təhdidlər əldə edəcək”.

ABŞ-ın Yaxın Şərq planına dəstək verən ölkələrin az olduğunu vurğulayan politoloq Tofiq Abbasova görə, ərəb ölkələrinin əksəriyyəti də ABŞ-a görə İranla münasibətlərini korlamaq istəmirlər:

“Sözügedən tədbir rəsmi Vaşinqtonun təşəbbüsü ilə təşkil olunur və onun qayəsi İrana qarşı yeni strategiyanın işlənməsi və tətbiqidir. ABŞ dövlət katibi Mayk Pompeo son günlər bu istiqamətdə fəalllıq sərgiləyərək çalışır ki, anti-İran koalisiyasının dairəsini genişləndirsin. 20-ə yaxın ölkə iştirakla bağlı razılığını bildirib.

Eyni zamanda bir çox nüfuzlu ölkələr artıq konfransa qatılmadıqları barədə açıqlamalar səsləndiriblər. Həmçinin Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanım Moqerini məşğul olmasını diqqətə çatdırmaqla deyib ki, iştirakçılar sıralarında olmayacaq. Eləcə də Tehranla isti münasibətdə olan Türkiyə, Çin, Malayziya, Rusiya və digər ölkələr də prosesə qatılmayacaqlarını bildiriblər.

Bu bəyanat lar ondan xəbər verir ki, İran problemi beynəlxalq siyasəti yeni qütbləşməyə aparır və beynəlxalq nizam bundan qazanc deyil, yeni təhdidlər əldə edəcək.Hər halda sözügedən təşəbbüs dünyada birmənalı qarşılanmayıb və buna görə də bir çoxları tədbirin uğurunu ABŞ və İsrailin xeyrinə olacağını dilə gətirirlər.

Tədbirin Polşada keçiriləcəyinə gəlincə, rəsmi Tehran artıq Varşavaya özünün sərt münasibətini bildirib. İran artıq Polşa vətəndaşlarına viza verilməsini dayandırıb. Polşanın xarici işlər nazirinin müavini təcili Tehrana səfər edib və iranlı həmkarları ilə danışıqlar aparıb. Bəlli olan budur ki, iki ölkə arasında gözlənilməz soyuqluq artıq ticari münasibətlərə də sirayət edəcək.

Tofiq Abbasov: “Bir çox ölkələr Yaxın Şərqi böyük münaqişə meydanı kimi görmək istəmirlər. Bu səbəbdən də ehtiyatlı davranmağa çalışan həmin ölkələr sözdə ABŞ-ın planına “hə” deyir, amma hərəkətə keçmək istəmirlər”.

Problem ondadır ki, Amerika qaynar bölgədən özü uzaqlaşmaq istəyir, amma Yaxın Şərqdə özünün və müttəfiqlərinin maraqlarını təmin etmək istiqamətində NATO-nun klonunu yaradır ki, İranla digər rəqib məmləkətlərin imkanları məhdudlaşsın. Bunun üçün həm də “Ərəb NATO”su deyilən təşkilat da təsis edilmək üzrədir. Lakin bir çox ölkələr Yaxın Şərqi böyük münaqişə meydanı kimi görmək istəmirlər. Bu səbəbdən də ehtiyatlı davranmağa çalışan həmin ölkələr sözdə ABŞ-ın planına “hə” deyir, amma hərəkətə keçmək istəmirlər.

Ərəb ölkələrinin əksəriyyəti həm də İranla üz-üzə gəlmək istəmirlər. Buna görə də Vaşinqton anti-İran koalisiyasını yaratmaqla, polis funksiyasının özünün yox, onun müttəfiqlərinin yerinə yetirməsinə çalışır. Bu isə mürəkkəb olduğu qədər, həm də qeyri-real məsələdir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Ən çox oxunanalar