Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WhatsApp ən populyar oldu

"WhatsApp" messenceri "Facebook" şirkətinə məxsus ən populyar mobil proqramdır

Bu barədə "App Annie" analitik şirkətinin məlumatında deyilir

ICTnews bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, "iOS" və "Android" əməliyyat sistemləri üçün "WhatsApp" əlavəsi 2018-ci ilin sentyabrından aktiv istifadəçilərin sayına görə "Facebook" mobil əlavəsini üstələməyə başlayıb və indiyədək lider olaraq qalır. "App Annie" konkret göstəricilər qeyd etmir.

2018-ci ilin üçüncü rübünün maliyyə yekunları barədə danışan "Facebook" şirkətinin baş direktoru Mark Sukerberq bildirib ki, o zaman hər ay 2,6 milyarddan çox insan "Facebook", "WhatsApp", "Instagram" və ya "Messenger"dən istifadə edib. Bir rüb əvvəl isə bu göstərici 2,5 milyarda bərabər olub. Onun sözlərinə görə, dünyada "Facebook" servisləri ilə gündəlik əsasda təxminən 2 milyard nəfər istifadə edib.

"Facebook" əlavəsi 2018-ci ilin yekunları üzrə qlobal miqyasda ən çox tələb edilən olub. Lakin bir sıra ölkələrdə, o cümlədən Hindistan, İndoneziya, Böyük Britaniya, Türkiyə, İsveçrə, İspaniya, Sinqapur, Rusiya, Niderland, Meksika, Malayziya, Honkonq, Almaniya, Finlandiya və Braziliyada birinciliyə "WhatsApp" sahib çıxıb. Maraqlıdır ki, ABŞ-da "Facebook" və "Messenger" proqramları birinci yeri tutub, "WhatsApp" isə hətta ilk onluğa daxil ola bilməyib.

"SensorTower" tədqiqat şirkəti də "WhatsApp"ın bütün "Facebook" əlavələri arasında liderliyini təsdiq edir. (Milli.Az)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Ən çox oxunanalar