Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlillik və pensiyalarda ciddi ixtisarlar - Dövlət sosial siyasətini dəyişir?

Sosioloq: “Dövlətin sosial siyasəti doğru olsaydı deputatların bu cür çıxışına ehtiyac olmazdı. Görünür ki, ölkədə sosial siyasətin özü kifayət qədər ciddi möhkəm əsaslar üzərində deyil”

İqtisadçı-ekspert: “Əgər qeyri-qanuni hallar müşahidə olunubsa və hər hansı korrupsiya faktlarına əsasən əlilliyin təyin olunması prosesi olubsa, konkret adamlar cəza çəkməlidirlər”.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki: “Pensiyaçıların tərkibi ilə bağlı ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər bizi daim düşündürür. Belə ki, əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına beş faizdən çox azalıb. Bunlara baxmayaraq, bu ilin büdcəsində pensiyaçıların 30 faizə qədərinin əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir”.

Komitə sədri onu da vurğulayıb ki, bu yöndəki mövcud qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar.

H. Rəcəbli bildirib ki, bunu bir müddət öncə deyib, bu gün də təəssüflə qeyd edir ki, əlilliyin qeydə alınması ilə bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb: “Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb. Bununla belə, məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün əsaslı tədbirlər hazırlayırlar”.

Komitə sədri əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər baş verməklə yanaşı, burada innovativ və “Elektron hökumət” elementlərinə daha çox diqqət yetirilir. Bu isə hər cür neqativ halların kökünün kəsilməsinə xidmət edir.

Qeyd edək ki, son zamanlar, xüsusən Sahil Babayevin nazir təyin olunmasından sonra əlilliklə və pensiyaların verilməsi ilə bağlı ciddi ixtisarlar müşahidə olunmaqdadır. II və III qrup əlillərin güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olmaları dövlətin sosial siyasətinin dəyişməsi anlamına gəlirmi? Ümumiyyətlə son zamanlar Sahil Babayevin bu sahədə apardığı siyasətin mahiyyəti ilə bağlı nə demək mümkündür?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna və iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Əhməd Qəşəmoğlu: “Ona görə ölkəmizdə bu çür vəziyyət yaranıb ki, Azərbaycanda iqtisadiyyat normal şəkildə inkişaf etmir. İş yerləri az olduğuna görə vergi ödəyiciləri də azdır. Vergi ödəyicisi az olanda da pensiya vermək çətin olur”.

Normal iqtisadiyyat inkişaf etdiyi bir vaxtda böyük gəlirləri olan ölkəmizdə bu halların yaşanmalı olmadığını vurğulayan sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, əgər bir ölkədə iş yerləri azdırsa və əmək haqqı da azdırsa, təbii ki, həmin ölkədə pensiya vermək imkanları məhdudlaşır:

“Dövlətin sosial siyasəti doğru olsaydı deputatların bu cür çıxışına ehtiyac olmazdı. Görünür ki, ölkədə sosial siyasətin özü kifayət qədər ciddi möhkəm əsaslar üzərində deyil. Ümumiyyətlə belə bir addımın atılması arzuolunan deyil.

Bəzən camaat təəccüblənir ki, niyə pensiya yaşlarını artırırlar və II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olmaları kimi xoşagəlməz hallar baş verir?

Əslində bunlar olmamalıdır. Yəni normal iqtisadiyyat inkişaf etdiyi bir vaxtda bizim ölkə kimi böyük gəlirləri olan ölkədə bu hallar yaşanmamalıdır. Məsələn Dubayda neftdən gələn gəlirin çox böyük bir hissəsi əhaliyə paylanılır.

Bəs Azərbaycanda niyə bu cür vəziyyət yaranıb? Ona görə ölkəmizdə bu çür vəziyyət yaranıb ki, Azərbaycanda iqtisadiyyat normal şəkildə inkişaf etmir. İş yerləri az olduğuna görə vergi ödəyiciləri də azdır. Vergi ödəyicisi az olanda da pensiya vermək çətin olur. Çünki pensiyalar birbaşa vergi ödəyicilərinin verdiyi pulların hesabına həll olunur. Əgər bir ölkədə iş yerləri azdırsa və əmək haqqı da azdırsa, təbii ki, həmin ölkədə pensiya vermək imkanları məhdudlaşır.

Əhməd Qəşəmoğlu: “Ona görə ölkəmizdə bu çür vəziyyət yaranıb ki, Azərbaycanda iqtisadiyyat normal şəkildə inkişaf etmir”.

Azərbaycan iqtisadiyyatı uzun illərdən bəri elə inkişaf etdirilməli idi ki, ölkənin təbii resurslarından daha optimal istifadə edə bilək və çoxlu iş yerləri açaq. Ölkədə çox iş yeri olanda təbii ki, vergi ödəyiciləri çox olacaqdı və bu cür problemlər ortaya çıxamayacaqdı.

Pensiyanın verilməsi Hadı Rəcəblinin ixtiyarında deyil ki, o desin artıraq və yaxud da azaldaq. Həmçinin bu məsələlər Hadı Rəcəblinin istəyi ilə həll olunmur. İqtisadi vəziyyəti gətirib o həddə çatdırıblar ki, pensiyaların məhdudlaşdırılması artıq zərurət olub. Buna görə də məsələnin kökü daha dərindir.

Sahib Babayev gəncdir və çalışır. Mən də ona uğurlar arzulayıram və istəyirəm ki, uğurları çox olsun. Amma dediyim kimi bu məsələlər bir-biri ilə bağlıdır. Ölkədə vergi ödəyiciləri kifayət qədər olmayınca, əhalinin əmək haqqı da yuxarı olmayana qədər bu sahədə getdikcə böyük problemlər yaranacaq.

Bu problem Sahil müəllimin də gücü daxilində deyil. Problemin kökündən həll olunması üçün çoxlu iş yerləri açılması lazımdır və o da vacibdir ki, əhalinin əmək haqqı yüksək olsun. Belə olan halda bu problemlərin heç biri üzə çıxmayacaq”.

Natiq Cəfərli: “Bir qrup insanlara görə həqiqi II və III qrup əlilliyi olan insanların da güzəştli pensiyaya çıxmaq hüququndan məhrum edilməsi tamamilə məntiqsiz və doğru olmayan yanaşmadır”.

Konstitutsiya quruluşuna görə də Azərbaycanın sosial dövlət olduğunu xatırladan iqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı PİA.az-a açıqlamasında əlavə edib ki, qeyri-qanuni yolla əlillik əldə edilən vətəndaşlardan əllik geri alınmalıdır. Amma eyni zamanda da həmin əlilliyi vətəndaşa verənlərin də cəzası olmalıdır:

“Əslində belə bir yanaşma təbii ki, sosial dövlət anlayışına ziddir. Çünki konstitusiyamızda da və rəsmi sənədlərdə də Azərbaycanın sosial dövlət olduğu vurğulanıb. Sadəcə rəsmilər və deputatlar tərəfindən belə bir arqumet səsləndirilir ki, II və III qrup əlilliyi olan insanların əlilliyi keçmiş nazirin zamanında bir çox insanlara qeyri-qanuni şəkildə şamil olunub. Amma bu halın baş verməyi də vətəndaşın günahı deyil.

Əgər qeyri-qanuni hallar müşahidə olunubsa və hər hansı korrupsiya faktlarına əsasən əlilliyin təyin olunması prosesi olubsa, konkret adamlar cəza çəkməlidirlər. Qeyri-qanuni yolla əlillik əldə edilən vətəndaşlardan əllik geri alınmalıdır. Amma eyni zamanda da həmin əlilliyi vətəndaşa verənlərin də cəzası olmalıdır.

Onu da qeyd edim ki, bir qrup insanlara görə həqiqi II və III qrup əlilliyi olan insanların da güzəştli pensiyaya çıxmaq hüququndan məhrum edilməsi tamamilə məntiqsiz və doğru olmayan yanaşmadır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar