Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qohum evliliklərdən doğulan uşaqda bu xəstəlik qaçılmazdır

“Uşaqlar arasında da qaraciyər çatışmazlığı olan xəstələr var. Uşaqlarda qaraciyər çatışmazlığının yaranmasının ən əsas səbəbləri "Wilson" xəstəliyi (qaraciyərdə misin toplanması), daha sonra anadangəlmə metobolik xəstəliklər, anadangəlmə öd yollarının olmaması, yaxud qüsurlu olmasıdır”

Bunu Trendə müsahibəsində Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. O, bildirib ki, metobolik xəstəliklərə daha çox qohum evliliklərindən dünyaya gələn uşaqlarda rast gəlinir. Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinin yaranmasına zəmin yaradır.

“Qohum evlilikləri gələcəkdə uşaqların belə xəstəlik ilə doğulması üçün sadəcə risk faktorudur. Amma o qədər qohumluq əlaqələri ilə qurulan ailələr var ki, onlarda sağlam uşaq doğulur. Olduqca çox yaxın, genetik qohumluq əlaqələri ilə qurulan evliliklərdə belə hallara daha çox rast gəlinir. Azərbaycanda qohum evliliklərinə görə bir ailədə bir və ya bir necə uşağın qaraciyər xəstəlikləri ilə üzləşməsi halları var. Məsələn, qanlarında yağların miqdarının yüksək olduğu hipolipidemik xəstələrdə ailənin bir neçə üzvündə qaraciyər çatışmazlığı olur. Qaraciyərində mis yığılan "Wilson" xəstələrində də bu problem ailənin bir neçə üzvündə müşahidə edilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar