Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib

Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimindən sonra ölkənin yeni Konstitusiyası qüvvəyə minib

11 fəsil və 78 maddədən ibarət olan ali qanun insan haqları standartlarını müəyyən etməklə yanaşı, həm də hakimiyyət qolları arasında səlahiyyətləri müəyyən edir.

Konstitusiyaya edilmiş əsas dəyişikliklər prezidentin seçilməsi qaydaları, parlamentin tərkibi, kənd təsərrüfatı torpaqları, parlament binasının yerləşməsi, nikahın tərifi və digər məsələlərlə bağlıdır.

Yeni ali qanuna əsasən, 2023-cü ildən etibarən Gürcüstan prezidentini seçki kollegiyası seçəcək, 2020-ci ilə qədər majoritar sistem saxlanılacaq, lakin siyasi partiyaların parlament seçkiləri üçün birləşməklə bağlı bir imkanı olacaq, 2024-cü ildən isə ölkə proporsional sistemə keçəcək.

Sənədə əsasən, kənd təsərrüatı torpağı sosial resurs kimi yalnız dövlətə, özünüidarəetmə vahidinə, Gürcüstan vətəndaşı və ya Gürcüstan vətəndaşlarının birliyinə məxsus ola bilər.

Konstitusiya ilə parlamentin yerləşdiyi yer də dəyişdirilib. Ali qanunda 2019-cu ilin yanvar ayından etibarən qanunverici orqanın yerləşdiyi yer Tbilisi şəhəri göstərilib.

Ali qanunda nikahın tərifi qadın və kişi arasında ailə qurmaq məqsədilə yaradılmış birlik kimi göstərilib.

Qüvvədən düşmüş Konstitusiyada nikahın evlilərin bərabər hüquqları və könüllü istəyinə əsaslandığı yazılmışdı.

Qeyd edək ki, Gürcüstan parlamenti Konstitusiyaya dəyişiklikləri 2017-ci ilin sentyabrında 117 səslə təsdiq edib.(report.az)

pia.az


Etiket: Gürcüstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar