Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASC sədri: Azərbaycanda adambaşına düşən tullantı 350 kiloqramdır

Tullantıların idarə olunması ətraf mühitin qorunması üçün böyük rol oynayır. Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir

Bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında Azərbaycan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

“Ölkənin inkişaf səviyyəsindən asılı olaraq, adambaşına düşən tullantı miqdarı da dəyişir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir”, - deyən E.Abbasov qeyd edib ki, inkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantının miqdarı 400-500 kiloqram arasında dəyişir:

Azərbaycanda isə bu, 350 kiloqramdır”.

ASC sədri vurğulayıb ki, BMT-nin hesabatına görə hər il okeana 8 milyon ton plastik tullantı atılır:

“Bu, belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimizcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş, məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyasını üzərinə götürür”.

E.Abbasov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır:

“Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsini tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

Onun dediyinə görə, istehsalçı ilə bərabər, vətəndaş məsuliyyəti də önəmli rol oynayır.

pia.az


Etiket: tullantılar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar