Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST həyəcan təbili çalır – Qeysəriyyə əməliyyatları epidemiya miqyasını alıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 13-də bildirib ki, Cənub-Şərqi Avropanın bəzi ölkələrində son iyirmi ildə doğuşlarda qeysər kəsiyi cərrahiyyə əməliyyatından istifadə kəskin artıb və “epdemiya” miqyasını alıb

PİA.AZ Azadlıq Radiosuna istinadən bildirir ki, ÜST-nin dekabrın 13-14-ü Tbilisdə keçirilən regional konfransında təşkilatın Avropa Regionunda lüzumsuz qeysər kəsiyi əməliyyatlarının azaldılması yolları müzakirə olunub.

2000-2015-ci illər arasında Şimali Avropada qeysər kəsiyi əməliyyatlarının doğuşlardakı faizi 20-dən çox olmayıb və əsasən sabit qalıb. Lakin Cənub-Şərqi Avropanın bir neçə ölkəsində belə doğuşların sayı az qala 50 faizi keçib.

DST Avropa Regional İdarəsində cinsi ve reproduktiv, ana və çağa proqramının rəhbəri doktor Nino Berdzuli deyib ki, qadınlar tibbi ehtiyacdan qaynaqlanmayan qeysər kəsiyi əməliyyatlarına getməklə özlərinin və uşağın həyatını riskə ata bilərlər.

Qeysər kəsiyi əməliyyatından bir qayda olaraq doğuş zamanı çətinliklər yaranarkən istifadə olunur.

Buna baxmayaraq ÜST bildirir ki, qeysər kəsiyi ilə doğuşların payı 10 faizi keçdikdən sonra belə əməliyyatların ümumi doğuş statistikasında ana və körpə ölümü faizini azaltdığını söyləmək olmur.

Əksinə cərrahiyyə əməliyyatı doğuş üçün mürəkkəblik yarada bilər. Analar üçün belə doğuşların neqativ nəticələri özünü gələcək hamiləliklər vaxtı büruzə verir. Bunlar qaydasız erkən doğuş, uşaqlığın yırtılması, anormal plasentasiyadır ki, bu da analarda aşırı qanaxmalara səbəb ola bilər. Ağırlaşdırıcı hallarda bu, histerektomiya və ya uşaqlığın amputasiyası ilə nəticələnir.

Qeysər kəsiyi ilə doğulmuş uşaqların neonatal reanimasiyaya düşməsi riski daha böyükdür. Bəzi tibbi məlumatlara görə belə uşaqlarda sonrakı illərdə astma və piylənmə kimi hallar qeydə alına bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar