Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Türkiyəyə səfər edə bilər – Şərh

"Rusiya və İrana qarşı Qərb dövlətlərinin sanksiyaları Ermənistan iqtisadiyyatına çox ciddi təsir göstərir"

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, Ermənistanın hazırda iqtisadi vəziyyətinin çox ağır, hətta acınacaqlı vəziyyətdə olduğunu bildirib:

“Çünki Ermənistanın həm Rusiya, həm də İranla ciddi iqtisadi münasibətləri var. Əsasən də Ermənistan iqtisadiyyatının böyük bir hissəsi Rusiyanın əlindədir. Rusiyada baş verən proseslər dərhal Ermənistana təsir göstərir. İstər Rusiyadakı böhran, istər rublun dəyərdən düşməsi Ermənistanda öz əksini tapır. Amma Paşinyanın Türkiyə ilə sərhədləri açmaq üçün cəhdləri və bununla bağlı çıxış etməsi iqtisadi məsələlərdən daha çox, siyasi gediş kimi qiymətləndirilməlidir. Yəni Paşinyan ilk addımlarından özünü sülhpərvər, qonşularla normal münasibətlər qurmağa çalışan, Türkiyə ilə sərhədləri açmaq kimi çoxdan yığılıb qalmış bir problemi həll etməyə cəhd göstərən siyasi fiqur kimi göstərmək istəyir. Çünki Qərb dövlətləri də marağındadır ki, Türkiyə ilə Ermənistanın arasında sərhəd açılsın. Bununla da Türkiyə vasitəsilə Qərbin Ermənistana ekspansiyası və iqtisadiyyatda daha vacib rol alması istiqamətində addımlar atılsın. Dünya ictimaiyyətinə Paşinyan sülhpərvər olduğunu nümayiş etdirmək üçün bu cür bəyanatlar səsləndirir. Amma bu da təbii ki, sözlə olmur. Türkiyə ilə sərhədlərin açılması bir çox məsələlərdən asılıdır. Paşinyan bu addımı atmaq istəyirsə, ən azından Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Bununla bağlı heç olmasa ilkin addımlar atılmalıdır ki, Türkiyə tərəfdən də sərhədlərin açılması ilə bağlı adekvat reaksiya olsun”.

İqtisadçı vurğulayıb ki, hazırda çox maraqlı dövr yaşanır:

“Türkiyə tərəfinin də ilkin reaksiyası var. Ankara bu məsələnin Dağlıq Qarabağ ətrafında gedən proseslərlə paralel həll olunmalı olduğunu bəyan edib. Doğru yanaşmadır, düzgün mövqedir. Amma mənə elə gəlir ki, Qərb-AB və ABŞ tərəfdən əsasən Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşdırılması üçün cəhdlər olacaq.

Hətta yaxın zamanlarda Paşinyanın Türkiyəyə səfəri də mümkündür. Türkiyədə müəyyən bəyanatların verilməsi də ola bilər. Çünki Qərb dövlətləri bunda çox maraqlıdır. Onlar Türkiyə vasitəsilə Ermənistan iqtisadiyyatına nüfuz etmək, beləliklə də İrəvanı Rusiyaİranın təsirindən çıxarmaq istəyirlər. Bu, çox asan və tez həll olunacaq bir yol deyil. Amma istiqamət olaraq, bu yöndə yaxın gələcəkdə ciddi addımların atılması mümkündür”.

İqtisadçı vurğulayıb ki, bununla paralel olaraq Paşinyanın siyasətində Dağlıq Qarabağla bağlı yumşalmanın olacağını gözləmir:

“Hətta Paşinyan xalq arasında nüfuzunu artırmaq üçün yenə də Qarabağ kartından istifadə edəcək, daha sərt bəyanatlar səsləndirəcək. Amma ətraf rayonların geri qaytarılması məsələsində müəyyən yol xəritəsi, güzəştlər ola bilər. Bu güzəştlər fonunda da Türkiyə artıq sərhədlərin açılması yolunda ilkin qərarlar qəbul edə bilər. Yəni burada Azərbaycan və Türkiyə diplomatlarının incə siyasəti lazımdır. Çünki Qərb tərəfdən müəyyən təzyiqlər həm Türkiyə, həm də Ermənistan tərəfinə olacaq. Amma bir daha təkrarlayıram, illüziyalara qapılmağa ehtiyac yoxdur. Ermənistan dünyada “ən demokratik” ölkə olsa belə - yəni belə fantastik ssenari təsəvvür etsək də - o, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına razı olacaq hökumət formalaşdırmayacaq”.

Politoloq Əhəd Məmmədli isə daha konkret yanaşma tərəfdarıdır. O bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər hələ bağlı qalacaq:

Azərbaycan ərazi bütövlüyünə qovuşmayana qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmayacaq. Ermənistan da bu vəziyyətdə necə yaşayıb, bundan sonra da elə yaşayacaq. Azərbaycan ərazi bütövlüyünə ancaq Ermənistanla müharibə edib qovuşa bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar