Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident DOST agentliyi ilə bağlı fərman imzaladı

Azərbaycan prezidenti İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) nizamnamə fondu 10 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır, Agentliyin aparatının işçilərinin say həddi 312 ştat vahididir.

“DOST” mərkəzləri işçilərinin say həddini, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

DOST Agentliyinin, o cümlədən “DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:

dövlət büdcəsi;

fəaliyyətindən əldə edilən gəlir;

işsizlikdən sığorta fondunun büdcəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının pozulmasına görə tətbiq olunan cərimələrdən, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən tətbiq edilən maliyyə sanksiyalarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən ayırmalar;

kreditlər, qrantlar, ianələr;

qanunla qadağan olunmayan digər mənbələr.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmək;

“DOST” mərkəzləri publik hüquqi şəxslərin yaradılmasını təmin etmək;

“DOST” mərkəzlərində göstərilən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlamenti üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə “DOST” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlərin hər il üçün tərtib edilən Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması üçün tədbirlər görülməsini təmin etmək;

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Agentliyin, habelə “DOST” mərkəzlərinin sayı və göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, onların saxlanılması ilə bağlı xərclərin hər il üçün tərtib edilən dövlət büdcəsində, işsizlikdən sığorta fondunun büdcəsində, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etmək;

strukturuna daxil olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi, maddi–texniki bazasının və işçilərinin əməyinin stimullaşdırılmasının gücləndirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

pia.az


Etiket: DOST Agentliyi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar