Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günə qədər 1483 nəfər erməni əsir və girovluğundan azad edilib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir və girovluğundan azad edilib

Bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 3 azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır: “Eyni zamanda Azərbaycan tərəfdə də erməni mənşəlli şəxs saxlanılır. Əlbəttə ki, ölkəmiz hazırda işğal altında olan Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.

Komissiya rəsmisi qeyd edib ki, MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı ErmənistanAzərbaycanda saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsini müzakirə edib: “Ən vacib məsələ imzalananan çərçivə sazişinə əsasən itkin düşən şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələrin saxlanılması üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb”. (Trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar