Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC indi Putinə möhtacdır – Neft ucuzlaşır

Neft ixrac edən ölkələrin OPEC təşkilatının neftin qiymətini qaldrımaq məqsədilə hasilatı azaltmağa dair danışıqları hələlik nəticəsiz qalır

Bloomberg yazır ki, bunun bir səbəbi də Rusiyanın hasilatı Səudiyyə Ərəbistanının istədiyi qədər ixtisar etməkdən imtinası olub.

OPEC bir daha dekabrın 7-də toplaşmalıdır, lakin Səudiyyənin enerji naziri Khalid Al-Falih deyib ki, o razılaşmanın əldə ediləcəyinə ümidlə baxmır. OPEC-in iclasında hasilatın kollektiv şəkildə gündə 1 milyon barrel azaldılması təklifi qoyulmuşdu. Əl-Falih deyib ki, “heç də hamı bərabər həcmdə ixtisara hazır deyil, Rusiya hasilatın əməiyyətli həcmdə azaldılmasına hazır deyil”.

Bloomberg yazır ki, Vyanada razılığın əldə edilməməsi OPEC-in qlobal neft xəritəsini dəyişən qüvvələrin təzyiqi altında olduğunu nümayiş etdirir. Bunu həm də OPEC-in OPEC üzvü olmayan Rusiyanın qərarından nə qədər asılı olduğu göstərib. Üstəlik bu arada ABŞ hökuməti Birləşmiş Ştatların son 75 ildə ən böyük neft ixracatçısına çevrildiyini elan edib.

OPEC-in iclasında ortaq məxrəcin əldə olunmaması neft bazarlarına dərhal təsir göstərib. Brent markasından olan neftin bir barreli London birjasında 5, 2 faiz ucuzlaşaraq 58 dollara düşüb.

Bloomberg xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak prezident Putinlə görüşmək üçün təcili Sankt Peterburqa uçub. Əgər o Putindən hasilatın əhəmiyyətli dərəcədə ixtisarı üçün xeyir-dua ala bilsə, onda bəlkə də Səudiyyənin istədiyi qərar qəbul oluna bilər.

RS Energy Group konsaltinq qrupunun direktoruDerek Brouer də diqqəti böyük qərarın Moskvadan asılı olmasına çəkir. O deyir ki, hazırda vəziyyəti çox böyük ƏGƏR sözü ilə ifadə etmək oalr.

Bloomberg yazır ki, neft qiymətlərinin düşməsi ələxüsus da Səudiyyə başda olmaqla müsəlman neft ixracatçılarını narahat edir. Onlardan bir çoxunun iqtisadiyyatı və büdcəsi neftin qiymətindən asılıdır. Digər tərəfdən bu ölkələr təklikdə böyük hasilat azaldılmasına getmək istəmirlər.

İş o yerə çatıb ki, OPEC daxilindəki bəzi söhbətlərə görə Səudiyyə Rusiyanın hasilatı hətta günə 300 min barrel azaltmasından məmnun olardı. Öz növbəsində Rusiya 150 min barreldən dərin ixtisara getmək istəmir.

Səudiyyənin neft naziri Al-Falih deyib ki, əgər danışıqların bütün tərəfləri hamılıqla hasilatın azaldılmasına razı olmasa, onda “hamının buna razı olacağı vaxtı gözləmək lazım gələcək”.

Bu arada ABŞ-ın bərpa olunmuş sanksiyaları altında olan İran heç bir hasilat ixtisarına getməyəcəyini bildirib. (Azadlıq Radiosu)

pia.az


Etiket: OPEC Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar