Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının daşınmaz əmlak bazarında qiymətlər bahalaşdı

2018-ci ilin oktyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,14% bahalaşıb

Bunu “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Ekspertin qiymətləndirmələrinə görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.

"Ay ərzində ilkin mənzil bazarında qiymətlər 3,12% - 1 224 manatadək (1 kv.m), təkrar bazarda isə 2,57% - 1698 manatadək bahalaşıb. 1 mənzilin kirayə haqqı 2,45% - 920 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 2,66% - 15,73 manatadək (1 kv.m) artıb», - deyə o bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Baş direktorun sözlərinə görə, oktyabrda 1 sot torpağın qiyməti 1,1% - 21,218 min manatadək, kommersiya obyektlərinin qiyməti 5,27% - 2,412 min manatadək (1 kv.m) ucuzlaşıb.

Ekspert qeyd edib ki, Bakının daşınmaz əmlak bazarında qiymətlərin bahalaşmasının əsas səbəbi təkliflər portfelinin strukturunun dəyişməsi ilə bağlıdır. «Portfeldə, əsasən bahalı mənzillər qalıb və bu da orta qiymətlərin artımını şərtləndirən amildir. Bundan başqa, payız aylarında hər zaman fəallığın artması müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşməyib», - deyə N.İbrahimov vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar