Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da dini-irqi dözülməzlik cinayətlərinin sayı kəskin surətdə artıb  

ABŞ-da irqi və dini nifrət zəminində törədilən cinayətlərin sayında ciddi artış təsbit edilib

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Federal Təhqiqatlar Bürosu bu tip insidentlərin 2016-cı illə müqayisədə 17% yüksəldiyini təsbit edib.

Məsələ ilə əlaqədar FTB və Ədliyyə nazirliyi oxşar cinayət hadisələrinin qarşısının alınması və potensial təhlükəli şəxs və qrupların aşkar edilməsi üzrə xüsusi proqramlar hazırlayıb.

Xəbərə görə, 2017-ci ildə ABŞ-da 7175 nifrət və dözülməzlik zəmində cinayət aktı törədilib. (Müqayisə üçün 2016-cı ildə 6121)

Statistikaya əsasən əksər cinayətlər (59,6%) irqi-etnik səbəblərə dayanır. İkinci yerdə (20,6%) dini dözülməzlik gəlir. Üçüncü yer isə (15,8%) seksual orientasiya məsələsi ilə bağlıdır.

Bundan əlavə, əlillərə qarşı nifrət (1,9%) və gender zəminində (0,6%) törədilən cinayələr də işə əlavə olunub.

5 min cinayət hadisəsi konkret qrup şəxslərə qarşı həyata keçirilib. Burada fiziki hücumdan tutmuş, şantaj və təhdidə qədər hər cür əməl yer alıb. 3 minə yaxın cinayət aktı isə əmlakın dağıdılması, vandalizm və qarətlə müşahidə olunub.

San-Fransiskonun dairə prokuroru Corc Qaskon yerli “San Francisco Chronicle” qəzetinə verdiyi müsahibədə cəmiyyətdə bu tip gərginliklərin artmasına səbəbin ABŞ prezidenti Donald Tramp və onun kobud davranışları olduğunu deyib.

Prezident əlilləri ələ salır, meksikalıları qarətçi və təcavüzkar adlandırır, müsəlman ölkələrindən gələnlərə qadağa tətbiq edir, afro-amerikanlara qarşı tərbiyəsiz ifadələr işlədir”,- deyə prokuror öz fikrini əsaslandırıb.

pia.az


Etiket: ABŞ cinayətlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar