Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəməndə xroniki aclıq yaşanır

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) Yəməndə aclıq çəkən milyonlarla insana təcili yardım göstərilməsinə çağırıb. Qurum son 3 il ərzində ağırlaşan vəziyyətin mülki əhalini aclıq astanasına gətirdiyini bildirib

Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3,3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək

PİA.AZ "Amerikanın səsi"nə istinadən bildirir ki, WFP Yəmənin dünyada ən ağır aclıq böhranı keçirdiyini bəyan edib.

Təşkilatın hesabatında deyilir ki, 18 milyonluq əhalinin üçdə iki hissəsi nə zaman yemək yeyəcəyini bilmir.

Dünya Ərzaq Proqramı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin liman şəhəri Hodeyda uğrunda apardığı kampaniyanın yarım milyon insanı evlərindən didərgin saldığını bildirib.

Təşkilatın sözçüsü Herve Verhusel insanların evlərini tərk etməsinin Yəmən valyutasının dəyər itirdiyi bir vaxta təsadüf etdiyini və bununla ən adi ərzaq mallarının qiymətinin kəskin yüksəldiyini bildirib.

"Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3,3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək" , Verhusel deyib.

BMT 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hutilərə qarşı müharibəsi nəticəsində əksəriyyəti uşaq olmaqla 16 milyon insanın ya həlak, ya da yaralandığını bildirir. Təşkilat 400 mindən çox uşağın yetərincə qidalanmadığını deyir.

pia.az


Etiket: Yəmən aclıq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar