Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Boltonun ölkəmizə səfəri həlledici olacaq - Politoloq

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazdə yazır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri geoplotik baxımından xüsusi əhəmiyyət daşıyır. Con Boltonun Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfəri Vaşinqtonun Cənubi Qafqaza artıq diqqət ayırmasından irəli gəlir.

Qeyd edim ki, Rusiya hazırda Gürcüstan və Ermənistanla soyuq münasibətlərə malikdir. Vaşinqton çalışır ki, hər iki ölkəni kifayət qədər Rusiyanın təsir və təzyiqindən qorusun. Həmçinin Kemlin regionda qalıcılığını təmin edən işğal və separatizmi tədricən həlll etsin. Təbii ki, bura Qarabağ münaqişəsinin həlli xüsusi əhəmiyyət kəsb edir. Çünki, Ermənistanın davam edən işğalı regionda deastiblizasiyaya xidmət etməklə, Kremlin maraqlarına xidmət edir.

Hazırda Vaşinqtonun konfliktin həlli ilə bağlı mövqeyi ortaya qoyulur. Bu mövqe Trampın may ayında prezident İlham Əliyevə göndərdiyi məktubunda Qarabağ münaqişəsinin tezliklə həllini qeyd etməsinə əsaslanır. Con Boltonun regiona səfəri, səfir Riçard Milizin Yerevanda münaqişənin həlli ilə bağlı verdiyi açıqlama, məhz Trampın məktubunda qeyd edilənlərin məntiq davamıdır. Bolton Paşinyana konkret olaraq işğal olunmuş ərazilərin boşaldılması istiqamətində Paşinyana təlimatlar verəcəyi və ictimaiyyətə bu istiqamətdə məlumatlar verməklə, ərazilərin boşaldılması ilə əlaqədar xalqı bu güzəştlərə hazırlasın.

Con Boltonun Rusiyaya səfərində iki ölkə arasında yaşanan problemlər, həmçinin İran məsələsi müzkirə olunacaq. Moskva ilə Vaşinqtonun İran problemində ortaq məxrəcə gəlməsi hazırkı situasiyada mümükün deyil. Rusiya İrana qarşı sanksiyalara qoşulmasada, özəl şirkətlərin İrandan çıxacağı gözlənilir.

Bir məsələni qeyd edim ki, Con Boltonun əsas hədəfi Rusiyanı Cənubi Qafqazda apardığı siyasəti neytrallaşdırmaq, həmçinin İranla Rusiya arasında "Şimal-Cənub Nəqliyyat" dəhlizinin fəaliyyətə başlamasını əngəlləməkdi. Bu baxımından Con Boltonun ölkəmizə səfəri həll edici olacaq. Çünki, "Şimal -Cənub Nəqliyyat" dəhlizi Azərbaycandan keçir və ölkəmiz bu layihənin işə düşməsində maraqlıdır.

Qeyd edim ki, Azərbaycanla ABŞ arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf dinamizminə malikdir. Con Bolton Bakıda enerji siyasətimizə bundan sonrada dəstək verəcəklərini və Qarabağ konfliktinin həllində səyləri davam etdircəklərini xüsusi olaraq vurğulayacaq.
Bundan əlavə, ölkəmizin İranla reallaşdırdığı birgə müəssisələrin fəaliyyətinin tədricən dayandırılması, Azərbaycanın Bank sistemlərindən İranın maliyyə əməliyyatlarına imkan verilməməsi, ən əsası "Şimal-Cənub Nəqliyyat" dəhlizinin fəaliyyətinin dayandırılmasını istəniləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar