Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər Azərbaycan prezidentinin söylədiyi reallığı qəbul edirlər”

"Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri zamanı ictimaiyyətlə görüşündə hər zaman olduğu kimi Azərbaycanın hərbi potensialı və gücü, torpaqlarımızın işğal altında olmasının narahatlığını, ermənilərin sərsəm bəyanatlarını bir daha diqqətə çatdırdı"

"Həqiqətən Azərbaycan ordusu bu gün dünyanın güclü orduları sırasındadır və hər bir əsgəri qəhrəman Mübariz İbrahimov kimi qəhrəmanlıq, şücaət göstərməyə hazırdır".

Bu sözləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın fikrincə, bu cür qüdrətli ordusu və əsgəri olan ölkə heç vaxt məğlub ola, torpaqları uzun müddət erməni tapdağında qala bilməz: “Azərbaycan prezidentinin çıxışlarını ermənilər də izləyir və düşünürlər. Cənab prezident hər zaman vurğulayır ki, Ermənistanı quldur dəstələri idarə edir, artıq erməni ictimaiyyəti bu gün bu reallığı qəbul edir, Köçəryan-Sərkisyan rejiminin quldur dəstələrindən ibarət olduğu haqda geniş müzakirələr aparır və narazılıqlarını bildirirlər.

Hakimiyyətə yeni gələn Nikol Paşinyan isə küçə adamıdır, heç bir liderlik xüsusiyyətlərinə malik deyil, hüquq normalarından məlumatı olmadığı üçün sərsəm bəyanatlar səsləndirir”.

Deputat qeyd edib ki, Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana ona qarşı çıxan qüvvələrin sayı gündən-günə çoxalır: “Onun hakimiyyətdə ömrü uzun deyil. Düşünürəm ki, Paşinyan yaxın zamanda devriləcək.

Ümumilikdə Ermənistanın siyasi meydanında boşluq var. Ölkənin perspektivi barədə düşünən, onu gələcəyə apara biləcək lider yoxdur. Bu, onun göstəricisidir ki, Paşinyan kimi təcrübəsiz, bişməmiş insanlar hakimiyyətə gəlir və bu da Ermənistanı böhrana sürükləyir, insanlar da əziyyət çəkir. Belə liderlərlə Ermənistan uzun gedə bilməyəcək, hətta yer üzündən silinəcək.

Yalnız Azərbaycanla bir masa arxasında oturub məsələləri müzakirə etmək iqtidarında olan ağıllı lider ölkəni bu vəziyyətdən çıxara bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar