Ötən il Fransada prezident seçkiləri dönəmində Emmanuel Makronun adına saxta elektron poçt hesabı açan 2 nəfər 12 dekabr tarixində hakim qarşısına çıxarılacaq
Bu barədə Paris Cəza Məhkəməsinin qərarında deyilib.
Sözügedən şəxslərdən birinin mühafizəkar sağ görüşlü olduğu deyilib.
Qeyd edək ki, həmin 2 şəxs ötən il seçki ərəfəsində Makronun adına açdıqları saxta e-mail ünvanları ilə “Mənə səs verməmək üçün 10 səbəb” mesajını yüzlərlə insana göndərmişdi. (axar.az)
pia.az