Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın ardınca Putin də Bakıya gəlir - Təhlil

Rusiya prezidenti bu dəfə Azərbaycandan nə aparacaq?

Stanislav Tarasov

regnum.ru, 11.09.2018

Rusiya Dövlət Duması MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov bu günlərdə məlumat verib ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Bakıya səfər edəcək. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu məlumatı təsdiqləyib.

Yada salaq ki, Putin artıq Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparıb. Tərəflər iqtisadi və siyasi xarakterli tam 17 sənəd imzalayıb, 2024-cü ilədək əməkdaşlığın əsas yönlərinin inkişafı üzrə fəaliyyət planı təşkil edən beş “yol xəritəsi” üzrə memorandum qəbul edib, hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafındakı mühüm problemləri, həm də bölgəsəl və beynəlxalq durumu müzakirə ediblər. Bununla belə, Kalaşnikov bildirib ki, Bakıya səfərin gedişində iki prezident “Soçi danışıqlarının gedişində tərəflərin anlaşdığı və ya anlaşmadığı məsələləri cilalayacaq”.

Düzdür, məhz hansı məsələləri – bunu dəqiqləşdirməyib. Amma bunların olduğunu hərbi-texniki əməkdaşlıq, energetika və çox ehtimal ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə toxunan Rusiya-Azərbaycan dialoqunun qeyri-adi qızğınlığı göstərir.

Habelə bütünlükdə qonşu Yaxın Şərqdə və xüsusən də Suriya ilə İranda inkişaf edən qəliz proseslər nəzərə alınmaqla bölgəsəl təhlükəsizlik sisteminin qurulmasında kəskin problemlər var. Hamı anlayır ki, İranda istənilən qarışıqlıq bütün Cənubi Qafqaza hərc-mərclik yaymaqla obyektiv şəkildə birinci növbədə Azərbaycana toxunacaq. Bakı bölgədə mənfi prosesləri cüziləşdirməyə can ataraq inkişafda gerçək dayaq nöqtəsi olarsa, bu, başqa məsələdir. Nəhayət, Dağlıq Qarabağ münaqişəsi amilini geniş geopolitik kontekstdə gərəyincə dəyərləndirməmək olmaz. Buna görə də fəal Rusiya-Azərbaycan dialoqu, Tehranın şimalda “qaynar nöqtə”yə malik olmaq istəksizliyi hadisələrin bu yöndə “qaynar sseanri” üzrə inkişafına yol verməmək üçün önləyici məqama çevrilir. Gözlənilir ki, bu ilin axırına qədər Rusiya, İranAzərbaycan prezidentlərinin iştirakilə Rusiyada çox şeyin müəyyən edilə biləcəyi üçtərəfli sammit baş tutacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Daha bir önəmli özəllik gözə dəyir. Çoxsaylı ticari-iqtisadi və başqa birgə layihələrin ətrafında inkişaf edən Rusiya-Azərbaycan dialoqunun fəallaşması fonunda Türkiyənin xarici siyasətində Cənubi Qafqaz yönündə resursların tükəndiyi müşahudə olunur. Səbəblər aydındır: Ankara sərhədlərinin bütün perimetri boyu öz ərazi bütövlüyü üçün təhlükəli geopolitik problemlər cücərdib və Rusiyanın dəstəyinə ehtiyacı var. Buna görə də fəal Moskva-Bakı dialoqu istənilən halda Ankarada Türkiyənin Azərbaycandakı nüfuzunu sarsıdan trend kimi qəbul olunmur. Ankara eyni zamanda hadisələrin inkişafını böyük diqqətlə izləyir.

Məlum olub ki, Putinin Bakıya səfəri ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan türk generalı Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməyinin 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün orada olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Azərbaycana son dəfə iyulda səfər edib. Ankara Suriya yönündə Rusiyaİranla alyansda olmaqla İdlib probleminin həlli qismində ora-bura vurnuxur. Ərdoğan İran, Rusiya və Türkiyə başçılarının sammitində bu əyalətdə barışıq elan etməyi istəyib. Sonra elan edib ki, Putinlə bir daha görüşmək niyyətindədir, indi isə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya İdlib əməliyyatına qoşulmaq çağırışıyla çıxış edib. Bu, güzəştlərin pozulduğu həddə oyun, dərhal bir neçə geopolitik meydançada fəaliyyətdə var olan qəlizliklərin sərgilənməsidir.

Perspektivdə ehtimal yüksəkdir ki, Azərbaycan istiqamətində İranın bölgə rəqibi Türkiyənin maraqları Ankara və Tehran arasındakı qarşılıqlı münasibətlərdə əngələ çevrilə bilər. MoskvaBakı bunu görür və yaxşı başa düşür. Bax, buna görə onların uzunillik əməkdaşlığın parametrlərinin müəyyən edilməsilə bir-birinə doğru konkret addımının əlamətdar önəmi ola bilər. Əlbəttə, bu zaman Rusiyanın bölgədəki ən yaxın müttəfiqinin – Ermənistanın maraqlarını unutmağına dəyməz. Amma bu haqda növbəti dəfə.

Tərcümə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Aprelin bütün sosial ödənişləri yekunlaşıb    

Ən çox oxunanalar