Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manatın məzənnəsindəki dəyişklik bazarda gərginliyi qaytara bilər

Dünyada maliyyə bazarlarında dolların bahalaşması, xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyə valyutasının ucuzlaşmasının yaratdığı psixoloji təsirlər valyuta bazarında son həftələr gərginlik dolu canlama yaradıb

Bu canlanmanın aktiv iştirakçıları bir tərəfdən dollar alışına girişmiş əhalidirsə, digər tərəfdən banklardır.

Banker.az bildirir ki, bu barədə fikri iqtisadçı-ekspert Samir Əliyev bölüşərkən deyib.

O bildirir ki, bankların aktivliyinin atması onların Azərbaycan Mərkəzi Bankının hərraclarına maraqlarını azaldıb.

S. Əliyev avqust ayı başlayandan həm depozit, həm də fond birjasında keçirilən hərraclarda bankların tələbi əhəmiyyətli dərəcədə azalmasını təsadüf saymır:

“Depozit hərracında bankların tələbi avqustda 40%-ə qədər azalıb. Avqustun 6-da keçirilmiş hərracda tələb 943,9 milyon AZN olduğu halda, növbəti hərracda 746,6 milyon AZN-ə, bu gün keçirilmiş sonuncu hərracda isə 569,3 milyon AZN-ə düşüb. Bununla da bankların hərracda tələbi son 6 ayın ən aşağı hədində olub”.

Qeyd edək ki, AMB-nin Bakı Fond Birjasında yerləşdirdiyi qısamüddətli (28 gün) notlarına da tələb azalıb. Hətta notların orta faiz dərəcəsinin 8,01%-dən 8,48%-ə qaldırılması da bankların marağını artıra bilməyib. Avqustun 15-də keçirilən sonuncu hərracda tələb 2 dəfəyədək azalaraq son 6 ayda ən aşağı həddə – 383,6 milyon AZN-ə düşüb. Halbuki əvvəlki hərracda bu göstərici 704,7 milyon AZN olub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İqtisadçı deyir ki, Mərkəzi Bank hər iki hərrac vasitəsilə 1,5 milyard AZN-dən çox vəsaiti dövriyyədə müvəqqəti çıxarmağa müvəffəq olur ki, bu da valyuta bazarına olan təzyiqləri nisbətən azaldır:

“Ancaq son hərraclar göstərir ki, hazırki hərraclar valyuta bazarını daim və uzunmüddətli sabit saxlamağa qadir deyil. Bu sabitlik kövrəkdir. Çünki istənilən psixoloji amillər, o cümlədən tam həllini tapmayan kapital axını bu hərracları bankalar üçün maraqsız edə bilər. Üstəgəl kredit vermək çətinliyi ucbatından son aylar banklarda yaranmış yüksək likvidlik onlar üçün valyuta bazarının cazibəliyini getdikcə artırır. Belə vəziyyətdə xarici bazarlarda və ölkərdə baş vermiş hadisələrin yaratdığı psixoloji amillər və manatın hər hansı məzənnə dəyişikliyi bazarda gərginliyi yenidən bərpa edə bilər.”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar