Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist Aqil Ələsgər oğurlandı

"Yeni Çağ" Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu naməlum şəxslər tərəfindən qaçırılıb

Yenicag.az-ın məlumatına görə, iyulun 30-u, axşam saatlarından etibarən, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgərdən heç bir xəbər yoxdur.

Bu məlumatı saytımıza açıqlamasında Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova da təsdiqləyib. Günay xanım bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:

"Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də "WhatsApp" mesajlarımıza cavab verdi.

Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb.

Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər rayon polis idarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edim ki, Aqil Ələsgər jurnalist fəaliyyəti dövründə daima FETÖ terror təşkilatını ifşa edib. Onun araşdırma yazıları və müəllifi olduğu kitablar sözügedən terror təşkilatının ifşasında müstəsna rolu olub. Bu mənada Aqil Ələsgərin yoxa çıxmasında FETÖ-nün rolunun olduğu istisna deyil.

Aqil Fərəcovun xanımı olaraq həyat yoldaşımın tapılması üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə, ölkəmizin Vitse-prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən də daxili işlər naziri general-polkovnik Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə, Respublikanın Baş Prokuroru Zakir Qaralov və bütün aidiyyatı qurumlardan kimi müvafiq tədbirlərin görülməsini xahiş edirəm".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar