Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərmin Şahmarzadəni hansı cəza gözləyir – həbs, yoxsa...

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı qalmaqallı statusu ilə bir neçə gündür ölkə gündəmini zəbt edən psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə məhkəməyə verilib

Fövqəladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Bundan başqa, vəkil Ramil Rüstəmov da N.Şahmarzadənin həbsini tələb edib. O, bildirib ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. İşə Xətai rayon Məhkəməsində baxılacaq. Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

Vəkil onu da əlavə edib ki, N.Şahmarzadənin həbs edilməsini istəyirlər: "Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini qoymuşuq. Digər tələbimiz isə ondan ibarətdir ki, Azərbaycan xalqından üzr istəsin".

Vəkilin sözlərinə görə, şikayətə onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üçqat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

“Yeni Müsavat” mövzu ilə bağlı tanınmış vəkillərə müraciət edib. Amma vəkillər iddia ərizəsində nə yazılmasından xəbərsiz olduqları üçün şərh vermək istəməyiblər. Belə ki, ərizədə iddiaçının nəyi, hansı ifadəni böhtan hesab etməsi, eləcə də zərərçəkən tərəf kimi kimin nəzərdə tutulması detallardan sayılır.

N.Şahmarzadə isə əməkdaşımıza bildirib ki, ona iddia ərizəsi gəlməyib.

M.İbrahimovun atası Ağakərim İbrahimov bu məsələyə ciddi yanaşmamağı tövsiyə edib və uşaqlara sevgi aşılamağın vacib olduğunu qeyd edib. Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov isə psixoloq Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib. O, “Ölkə.Az”a açıqlamasında deyib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib: “Atam dəfələrlə çıxışlarında bildirib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nə isə danışmaq istəmirəm”.

“Yeni Müsavat” isə xatırladır ki, N.Şahmarzadəni məhkəməyə verməklə bağlı daha öncə bir neçə dəfə çağırışlar olub. Bu çağırış müəlliflərindən biri də deputat Adil Əliyev olub. "Qəhrəman Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadənin cinayət məsuliyyətinə cəlb etmək lazımdır". Bu sözləri millət vəkili Adil Əliyev özünün sosial şəbəkədəki hesabında paylaşıb. Millət vəkili bildirib ki, buna yalnız sosial şəbəkələrdə reaksiya verməklə kifayətlənmək olmaz deyərək, məsələyə mütləq hüquqi qiymət verilməlidir: "Milli Qəhrəman və Şəhidlərimiz bu həyatda, bizlərə əmanətdir. Onların problemlərilə məşğul olan QHT rəhbərlərinə müraciət edirəm. Məhkəməyə müraciət etmək üçün, nəyi gözləyirsiniz?".

Bəs Cinayət Məcəlləsinin 147-ci maddəsində nə deyilir?

147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma—

— yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—

— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar